Şou-Biznes
Xalq artisti Röya Ayxanın qayınatası AZADLIĞA ÇIXDI- FOTO
Xpress.az Redaksiyası
01.09.2026 22:59
Xalq artisti Röya Ayxanın keçmiş qayınatası, “Çudo Peçka” şirniyyat mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb.
Bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb.
Çingiz Cəlilov “Bank Standard”ın sabiq İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat məbləğində krediti qanunsuz çıxarmaqda təqsirli bilinirdi.
Qeyd edək ki, Çingiz Cəlilov “Yol əhvalatı” filminin ssenari müəllifi Asim Cəlilovun oğludur.
