Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf...
Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -
Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" - FOTO

Xpress.az Redaksiyası 18.09.2026 16:36

Azərbaycanda turizm artıq formalaşma mərhələsindən daha yetkin inkişaf mərhələsinə qədəm qoyub.

Xpress.az Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə yay mövsümünün başa çatması və qış mövsümünə hazırlıqla bağlı Assosiasiya üzvləri və turizm sənayesi nümayəndələri üçün təşkil etdiyi görüşdə bildirib.

"Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əhəmiyyətinə toxunan DTA sədri sənədi Azərbaycan turizminin inkişafında mühüm mərhələ kimi qiymətləndirərək onun dövlət və özəl sektor qarşısında yeni hədəflər müəyyənləşdirdiyini və turizm sənayesinin daha sistemli inkişafı üçün geniş imkanlar yaratdığını qeyd edib.

O, bu imkanların real turizm məhsullarına çevrilməsi üçün sahibkarların təşəbbüsü, investisiyası və innovativ yanaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. F.Nağıyev dövlətin yaratdığı strateji çərçivənin turizm sənayesinin fəallığı ilə tamamlanmasının Azərbaycan turizminin qarşıdakı mərhələdə daha güclü və rəqabətqabiliyyətli inkişafına imkan verəcəyini qeyd edib.

ATAA-nın İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov isə son bir ildə xaricdə yeni tərəfdaşlıqların qurulması məqsədilə ATAA üzvlərinin 40-a yaxın B2B görüşlərdə, tanışlıq səfərlərində, infoturlarda, sərgilər və təqdimatlarda iştirakının təmin olunduğunu qeyd edib. ATAA-nın fəaliyyətinin genişləndirildiyini də diqqətə çatdıran Assosiasiya sədri Gəlmə və Getmə Turizm Komitələrinin fəaliyyətinin genişləndirildiyini, əlavə olaraq Daxili Turizm Komitəsinin, Turoperatorların İşçi Qrupunun, Təşəbbüs Qrupunun və Turistlərin Maarifləndirilməsi Şöbəsinin fəaliyyətə başladığını, bu strukturlar vasitəsilə üzv şirkətlərin qarşılaşdığı məsələlərin müəyyənləşdirilməsi və həlli istiqamətində aktiv işlərin aparıldığını qeyd edib.

Tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, gəlmə, getmə, logistika, daxili turizm və bir sıra digər mühüm istiqamətlər üzrə fəaliyyət göstərən 300-ə yaxın ATAA nümayəndəsi, o cümlədən hotel sənayesinin və beynəlxalq hava yollarının Azərbaycandakı nümayəndələri də iştirak ediblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək