Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti i...
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə
Mədəniyyət

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

Xpress.az Redaksiyası 20.07.2026 20:53

Veysəloğlu Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri, jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib. Bu münasibətlə Şurada düzənlənmiş toplantıda çıxış edən MŞ sədri Rəşad Məcid bildirib ki, M.Qəribli həm jurnalist, həm də çalışdığı qurumun cəmiyyətlə əlaqələrinin qurulmasına məsul şəxs kimi media cameəsinin təmsilçiləri tərəfindən daim hörmətlə qarşılanır. Bu cəhət yubilyarın işinə peşəkar yanaşmasının, məsuliyyətinin nəticəsidir.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, həmçinin, “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı, “Azsiyaset.az” saytının baş redaktoru Samir Feyruzov, “Globalinfo.az” saytının baş redaktoru Azər Ayxan, “Tribuna” İnformasiya Agentlinin (tia.az) baş redaktoru Əlişir Əhəd, “Bakivaxtı.az” saytının təsisçisi İqbal Alısoy, “Azpolitika.info” saytının baş direktoru Elnur Məhərrəmli, “Manset.az” saytının baş redaktoru Əli Vəliyev, “Pravda.az” saytının baş redaktoru İlkin Pirəli, “Azxeber.com” saytının redaktoru Əfsələddin Ağalarov, “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı, Azərbaycan Qiymətləndiricilər Palatasında İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Azər Niftiyev,  “Bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynli, “1xeber.media”nın rəhbəri Tural Əhmədov, jurnalist Vilayət Muxtar və başqaları M.Qəriblinin dürüst, peşəkar mətbuat xidməti rəhbəri, istedadlı jurnalist, qayğıkeş həmkar və dost kimi səciyyələndirən xüsusiyyətlərə diqqət çəkib, xatirələrini bölüşüb, ona 50 illik yubileyi ilə bağlı təbriklərini, arzu və diləklərini çatdırıblar.

Sonda çıxış edən M.Qəribli xoş sözlərə və əməyinə verilən yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Qəribli 1997-ci ildən media sahəsində çalışır və ölkənin bir çox nüfuzlu media qurumlarında jurnalist, redaktor, baş redaktor kimi fəaliyyət göstərib. Çoxsaylı məqalə, analitik yazı və araşdırmanın müəllifidir. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək