Həmid Herisçi yazıçıları XAİN ADLANDIRDI: “Xalq şairləri ona görə sevmir ki...” - VİDEO
“Azərbaycan mədəniyyəti şair mərkəzli mədəniyyətdir. Azərbaycan xalqı nə üçün reperləri, meyxanaçıları sevir? Xalq şairləri ona görə sevmir ki, onlar satqındırlar”.
Xpress.az xəbər verir ki, bu barədə şair, jurnalist Həmid Herisçi "Pozan Media"da yayımlanan “Yazılan və yozulan” verilişinin növbəti buraxılışında Seymur Elsevərə müsahibəsində bildirib.
O qeyd edib ki, şair dövrün ictimai-siyasi mövzularına aid şeirlər yazmalıdır: “Əgər o şair ictimai-siyasi mövzularda şeir yazmırsa, xalqdan çox şey istəməsin. Əgər o özünə, guya şair aləminə qapanırsa... Şair aləmi yoxdur. Var ictimai-siyasi həyat. Orada da xalqın tələbləri var. Şair bu gün buna səs vermirsə... Yazıçıların əksəriyyəti xaindir. Şimali Azərbaycandakı şairlərin hamısı poeziyaya xəyanət ediblər. Vətənə xayanət etməyiblər, amma poeziyaya xəyanət ediblər. Bu xainlər daha qorxuludur. Bizim ziyalıların əksəriyyəti şeirə xəyanət edib. Bundan böyük xəyanət yoxdur”.
Ərturan İSMAYIL