Ölü doğulan körpə zirzəmiyə atılıb? - Açıqlama-Video-YENİLƏNİB
Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə prokurorluq araşdırma aparır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Vital Hospital"la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
13:50
Paytaxtın Yasamal rayonunda “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilib.
Xpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Yayılan videoda körpənin atası iddia edib ki, həyat yoldaşının təzyiqi qalxıb, amma ona lazımi müdaxilə edilməyib: “İynə vurmadılar, hələ yığılıb ad günü keçirirdilər”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir: “Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”.
Klinikada lentə alınmış görüntüləri təqdim edirik: