Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat ABŞ dolları ilə vəsaitin yatırılması və çıxarılmas...
ABŞ dolları ilə vəsaitin yatırılması və çıxarılması asanlaşdı
İqtisadiyyat

ABŞ dolları ilə vəsaitin yatırılması və çıxarılması asanlaşdı

Xpress.az Redaksiyası 24.07.2026 17:55

"Binance" Azərbaycandakı istifadəçilər üçün ABŞ dolları (USD) ilə vəsaitin yatırılması və çıxarılması imkanını sadələşdirib.

Xpress.az xəbər verir ki, bu funksiya Bəhreyn Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılan və tənzimlənən "Binance" qrupuna daxil olan BPay Global B.S.C.(c) şirkəti vasitəsilə həyata keçirilir.

İstifadəçilər artıq birbaşa ABŞ dolları ilə hesablarını artıra, vəsaitlərini fiat pul kisəsindən kriptovalyutaya və əks istiqamətdə çevirə bilərlər. Bu isə ənənəvi maliyyə alətləri ilə rəqəmsal aktivlər arasında keçidi daha rahat edir.

Hesabın artırılması SWIFT köçürmələri (Binance tərəfindən depozit üçün komissiya tutulmur), Visa və Mastercard debet və kredit kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə mümkündür. ABŞ dolları ilə vəsaitlər tənzimlənən fiat elektron pul kisəsində saxlanılır və platformanın bütün bölmələrində istifadə oluna bilir.

İstifadəçilər yerli bank tərəfindən buraxılmış kart, SWIFT köçürməsi, Apple Pay və ya Google Pay vasitəsilə ABŞ dolları ilə hesablarını artıra bilərlər. Bunun üçün Binance tətbiqində BPay hesabı açmaq və uyğun ödəniş üsulunu seçmək kifayətdir. Bank kartı, Apple Pay və Google Pay vasitəsilə edilən depozitlər dərhal hesaba köçürülür, SWIFT köçürmələri isə üç iş gününə qədər vaxt apara bilər.

BPay Global vasitəsilə ABŞ dolları ilə birbaşa vəsait yatırılması və çıxarılması funksiyası ənənəvi maliyyə ilə rəqəmsal aktivlər arasında keçidi daha da asanlaşdırır. Tanış ödəniş vasitələrinə çıxışı genişləndirən Binance rəqəmsal aktivlərlə işləməyi istifadəçilər üçün daha rahat, təhlükəsiz və əlçatan edən infrastrukturun inkişafını davam etdirir.

"Binance"in Mərkəzi Asiya və Afrika üzrə regional rəhbəri Kirill Xomyakov bildirib: "Biz inanırıq ki, maliyyənin gələcəyi ayrılıq üzərində deyil, qarşılıqlı inteqrasiya üzərində qurulur. Ənənəvi maliyyə ilə rəqəmsal aktivləri birləşdirən həlləri inkişaf etdirməklə Binance müasir maliyyə imkanlarını milyonlarla istifadəçi üçün daha sadə, yaxın və əlçatan edir".

ABŞ dolları ilə vəsaitin yatırılması və çıxarılması funksiyası barədə ətraflı məlumatı Binance-in rəsmi səhifəsindən, addım-addım istifadə təlimatını isə video təlimatdan əldə etmək mümkündür.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək