Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Müdir maaş vermirsə, işçi nə etməlidir?
Müdir maaş vermirsə, işçi nə etməlidir?
İqtisadiyyat

Müdir maaş vermirsə, işçi nə etməlidir?

Xpress.az Redaksiyası 27.07.2026 13:06

Əmək münasibətlərində işəgötürənin əsas öhdəliklərindən biri işçinin əməkhaqqını qanunvericilikdə nəzərdə tutulan müddətdə və tam həcmdə ödəməsidir. Lakin praktikada bəzi işçilər maaşlarının gecikdirilməsi, natamam ödənilməsi və ya ümumiyyətlə verilməməsi ilə üzləşirlər. 

Maaş verilməyən zaman işçi nə etməlidir?

Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu halda işçinin hüquqlarını qorumaq üçün qanunvericilikdə bir neçə hüquqi mexanizm nəzərdə tutulub:

“Birinci yol Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl olunmaması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməkdir. İşçi əməkhaqqının ödənilməməsi və ya gecikdirilməsi ilə bağlı şikayət edə bilər və müvafiq qurum məsələni araşdıraraq qanunvericiliyə uyğun tədbirlər görə bilər. İkinci yol isə məhkəməyə müraciət etməkdir. İşçi işəgötürənə qarşı əməkhaqqının ödənilməsi tələbi ilə iddia qaldırmaq hüququna malikdir. Bununla yanaşı, əməkhaqqının vaxtında verilməməsi nəticəsində yaranan gecikməyə görə də kompensasiya tələb edə bilər”.

Əkrəm Həsənov əlavə edib ki, qanunvericiliyə əsasən, işçi gecikdirilmiş məbləğə görə illik 5 faiz həcmində faizin də ödənilməsini tələb etmək hüququna malikdir:

“Qeyd etmək lazımdır ki, bu hüquq yalnız uzunmüddətli gecikmələrə aid deyil. Əgər əməkhaqqının ödənilməsi cəmi bir neçə gün gecikdirilibsə belə, işçi həm əsas məbləğin, həm də qanunvericilikdə nəzərdə tutulmuş faizin ödənilməsini tələb edə bilər. Bu baxımdan, işəgötürənin əməkhaqqını vaxtında ödəməməsi hüquqi məsuliyyət yaradan hal hesab olunur və işçi öz hüquqlarını həm inzibati, həm də məhkəmə qaydasında müdafiə edə bilər”.

Qeyd edək ki, Tovuz sakini Leyla Rəhimova maaşını tələb etdiyi üçün Yasamal rayonundakı "Laləli" uşaq bağçasının müdiri tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edərək polisə müraciət edib. Bağça müdiri Lalə Əzimova isə işçiyə əl qaldırmadığını və aralarında yalnız mübahisə yarandığını bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək