Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atd...
Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atdı
Hadisə

Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atdı

Xpress.az Redaksiyası 28.07.2026 11:28

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı uşaq özünü binadan ataraq xəsarət alıb.

Hadisə ilə əlaqədar iyulun 28-i saat 01:30 radələrində 2013-cü il təvəllüdlü oğlan uşağı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ pəncənin açıq yarası diaqnozu qoyulub. Pasiyentə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, “112” qaynar telefon xəttinə Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

28.07.2026 20:31 Cəmiyyət

Tramp İrana xəbərdarlıq etdi:

28.07.2026 20:20 Dünya

Gürcüstanın mədəniyyət naziri istefa verdi

28.07.2026 20:12 Dünya

“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən İranın qərarına sərt reaksiya

28.07.2026 19:46 Media

Bu şəxslərin maaşı artırılacaq

28.07.2026 17:20 Cəmiyyət

Telefonu uzun müddət qulaqda saxlamaq beyinə zərər verirmi? – Mütəxəssislər nə deyir?

28.07.2026 15:55 Sağlamlıq

Azərbaycan əleyhinə qərara

28.07.2026 15:52 Ana səhifə

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə edildi

28.07.2026 15:45 Cəmiyyət

Prezident üç səfiri geri çağırdı -

28.07.2026 14:46 Cəmiyyət

Prezident Tacikistana yeni səfir təyin etdi –

28.07.2026 14:21 Cəmiyyət

Dövlət xəstəxanalarında ürəyin MRT müayinəsi niyə aparılmır?

28.07.2026 13:51 Sağlamlıq

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

28.07.2026 13:29 Təhsil

İndiki gənclər niyə övlad sahibi olmaq istəmir? Gələcəyimizi düşündürən sosial dəyişiklik

28.07.2026 13:09 Cəmiyyət

"Dürüst ad hər şeydən qiymətlidir!" -

28.07.2026 12:28 Ana səhifə

Azərbaycanlılar ən çox bunları axtarır -

28.07.2026 12:19 Cəmiyyət

Bu şəxslərə 3 il müavinət ödəniləcək

28.07.2026 11:53 Cəmiyyət

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

28.07.2026 11:12 Cəmiyyət

Əli Əsədov TƏBİB rəhbərini bu vəzifədən azad etdi

28.07.2026 11:07 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək