Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda “Temu” alıcılarını nə gözləyir?
Azərbaycanda “Temu” alıcılarını nə gözləyir?
Cəmiyyət

Azərbaycanda “Temu” alıcılarını nə gözləyir? - İki ssenari açıqlandı

Xpress.az Redaksiyası 30.07.2026 09:59

Azərbaycanda “Temu” ilə bağlı müzakirələr hələ də davam edir. Bildirilir ki, sözügedən platforma yerli sahibkarın 36 faiz vergi ödəyib gətirdiyi məhsulu vətəndaşa daha ucuz qiymətə satır və bu, vergi öhdəliyi olmadan edilir. Nəticədə yerli sahibkarlıq maliyyə böhranı yaşayır. İddialara görə, bu fonda gömrük limiti 300 dollardan 50 dollara endirilə bilər. Digər ehtimal isə “Temu”nun ölkədə qeyri-rezident kimi vergi qeydiyyatından keçməsidir. Bu da məhsulların bahalaşmasına səbəb ola bilər.

Hökumət hansı addımı tacaq? Limit azalacaq yoxsa “Temu”da qiymətlər bahalaşacaq?

Bu barədə Globalinfo.az-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rövşən Muradov danışıb. O deyib ki, “Temu” və digər xarici elektron ticarət platformalarının Azərbaycan bazarında sürətlə genişlənməsi daxili ticarətdə rəqabət şərtlərinin yeni iqtisadi reallıqlara uyğun tənzimlənməsini zəruri edir:

“Yerli sahibkar məhsul idxal edərkən gömrük, vergi, logistika, sertifikatlaşdırma və satış infrastrukturu üzrə öhdəliklər daşıyır, xaricdən aylıq 300 dollaradək şəxsi sifarişlər isə güzəştli qaydada rəsmiləşdirilir. Sifarişlərin həcmi genişləndikcə bu fərq fərdi alış çərçivəsini aşaraq yerli ticarət dövriyyəsinə, məşğulluğa, sahibkarlığın maliyyə dayanıqlığına və büdcə daxilolmalarına təsir göstərir. Buna görə dövlətin əsas vəzifəsi elektron ticarətin inkişafını məhdudlaşdırmadan, milli sahibkarlığın qanuni mənafelərini və vətəndaşların əlverişli qiymətlərlə məhsul əldə etmək imkanlarını vahid iqtisadi tarazlıq daxilində qorumaqdır. Hazırda 300 dollarlıq gömrük həddinin 50 dollara endirilməsi barədə rəsmi qərar açıqlanmayıb. Belə dəyişiklik yalnız “Temu”ya şamil olunmayacaq, “Trendyol”, “AliExpress”, “Amazon”, “Shein” və digər xarici mənbələrdən edilən bütün şəxsi sifarişlərə təsir göstərəcək. Həddin kəskin azaldılması gömrük bəyannamələrinin sayını artırmaqla inzibatçılıq yükünü ağırlaşdıra, sifarişlərin müxtəlif şəxslərin adına bölünməsinə şərait yarada və vətəndaşların seçim imkanlarına təsir edə bilər. Bu səbəbdən qərar qəbul edilərkən yerli sahibkarlığın maraqları ilə yanaşı, istehlakçı davranışı, gömrük sisteminin texniki imkanları və büdcə səmərəliliyi də əhatəli şəkildə qiymətləndirilməlidir”.

Deputat bildirib ki, beynəlxalq təcrübədə daha işlək üsul verginin bağlama sərhədə çatdıqdan sonra vətəndaşdan tutulması əvəzinə, alış anında platformanın hesablamasıdır:

“Avropa İttifaqının (Aİ) IOSS sistemi və OECD-nin platforma əsaslı vergi modeli bu yanaşmanın şəffaflığı artırdığını, milyonlarla kiçik bağlamanın fərdi qaydada vergiyə cəlb edilməsindən yaranan inzibati yükü azaltdığını göstərir. Azərbaycan üçün də daha məqsədəuyğun istiqamət “Temu” və oxşar platformaların ölkədəki dövriyyəsinin uçota alınması, verginin satış zamanı hesablanaraq büdcəyə ödənilməsi, yekun qiymətin əvvəlcədən alıcıya göstərilməsi və məhsul təhlükəsizliyinə görə platformanın məsuliyyət daşımasıdır. Belə mexanizm qiymətlərdə müəyyən artım yaradacaq, lakin platformaların endirim, komissiya və logistika siyasəti nəzərə alındıqda artımın tam vergi yükü həcmində baş verməsi gözlənilmir. Bu model bazarda bərabər rəqabət şərtləri formalaşdırar, yerli sahibkarın mövqeyini gücləndirər, istehlakçının hüquqlarını qoruyar və elektron ticarətin dövlətin iqtisadi mənafelərinə uyğun, şəffaf əsaslarla inkişafını təmin edər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək