Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Gedişhaqqı artırılır? –
Gedişhaqqı artırılır? –
Cəmiyyət

Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi

Xpress.az Redaksiyası 02.08.2026 11:41

Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.

Bəs bu qərar gələcəkdə ictimai nəqliyyatda gedişhaqqının artırılmasına səbəb ola bilərmi?

 Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı, əslində bu qaydaların hələ ötən il təsdiqləndiyini bildirib:

“Sadəcə, bəzi məsələlərin dəqiqləşdirilməsinə ehtiyac yarandığı üçün Nazirlər Kabinetinin müvafiq qərarı gözlənilirdi. Artıq baş nazir həmin qərarı imzalayıb və bu, məsafəyə əsaslanan maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması deməkdir. Burada vacib məqam ondan ibarətdir ki, hələlik məsafəyə görə gedişhaqqını vətəndaş ödəməyəcək. Məsafəyə görə ödəniş sərnişinlərdən deyil, dövlət tərəfindən daşıyıcı şirkətlərə ediləcək. Yəni daşıyıcılar daşıdıqları sərnişinlərin sayı və qət etdikləri məsafəyə uyğun olaraq dövlətdən maliyyə dəstəyi alacaqlar. Dövlət bununla faktiki olaraq daşıyıcılara dəstək mexanizmi yaradır və deyir ki, vətəndaş yolda qalmasın. Sən nə qədər çox və keyfiyyətli xidmət göstərsən, nə qədər çox hərəkət edib marşrutu yerinə yetirsən, buna uyğun da ödəniş alacaqsan”.

Ekspertin sözlərinə görə, bütün hesablamalar elektron sistem üzərindən aparılacaq və təsdiqdən sonra vəsait daşıyıcı şirkətlərin hesabına köçürüləcək:

“Bu mexanizm iki mühüm problemi həll etməyə imkan verə bilər. Birinci problem şəffaflıqla bağlıdır. İndiyə qədər bəzi daşıyıcı şirkətlər qeyri-rəsmi fəaliyyət göstərir, vergidən yayınır və kölgə iqtisadiyyatında işləyirdilər. Lakin dövlət dəstəyindən yararlanmaq istəyən hər bir daşıyıcı artıq tam şəffaf fəaliyyət göstərməyə məcbur olacaq. Çünki dövlət heç kimə sənədsiz və əsassız ödəniş etməyəcək. Daşıyıcı istifadə etdiyi nəqliyyat vasitəsinin gün ərzində neçə kilometr hərəkət etdiyini, marşrut üzrə fəaliyyəti və digər göstəriciləri elektron sistem vasitəsilə təsdiqləməlidir. Yalnız bundan sonra ödəniş həyata keçiriləcək. Yəni kimsə sadəcə “bu gün yüz kilometr hərəkət etmişəm” deməklə vəsait ala bilməyəcək”.

E.Muradlı bildirib ki, dövlət bütün məlumatları nəzarət sistemi vasitəsilə yoxlayacaq və yalnız təsdiqlənmiş göstəricilər əsasında ödəniş edəcək:

“Digər mühüm məsələ isə xidmətin davamlılığıdır. Uzun illərdir müşahidə olunur ki, bəzi daşıyıcı şirkətlər axşam saatlarında sərnişin az olduğu üçün avtobusların sayını azaldır, bəzən isə marşrutun fəaliyyətini vaxtından əvvəl dayandırırlar. İndi isə dövlət bildirir ki, buna yol verilməyəcək. Daşıyıcı müəyyən edilmiş qrafik üzrə fasiləsiz fəaliyyət göstərməlidir. Əgər marşrutun son iş saatı 23:00-dırsa, o zaman avtobus həmin vaxta qədər işləməlidir. İstər avtobusda bir sərnişin olsun, istər beş nəfər, hətta müəyyən reysdə sərnişin olmasa belə, marşrut yerinə yetirilməlidir. Çünki dövlət həmin xidmətin maliyyə təminatını öz üzərinə götürür. Bununla yanaşı, daşıyıcı şirkətlərin də haqlı narahatlıqları var. Əsas məsələ odur ki, dövlət tərəfindən hər kilometr üzrə müəyyən ediləcək tarif obyektiv hesablanmalıdır. Burada yanacaq xərcləri, sürücülərin əməkhaqqı, texniki xidmət və təmir xərcləri, ehtiyat hissələrinin alınması, kredit öhdəlikləri və digər bütün istehsal xərcləri nəzərə alınmalıdır. Əgər daşıyıcı hesablayırsa ki, bir kilometrin maya dəyəri, məsələn, 10 manatdır, dövlət isə buna görə 8 manat ödəyəcəksə, bu, avtomatik olaraq şirkəti zərərə salacaq. Nəticədə nəqliyyat parkının yenilənməsi, xidmət keyfiyyətinin artırılması və ümumi inkişaf mümkün olmayacaq. Bu, həm dövlət müəssisələrinə, həm də özəl daşıyıcılara aiddir. Məhz buna görə də qərarlar kabinet şəraitində birtərəfli qaydada deyil, daşıyıcı şirkətlərin iştirakı ilə müzakirə olunmalıdır”.

Elməddin Muradlı deyib ki, təkliflər dinlənməli, iqtisadi hesablamalar nəzərə alınmalı və bütün tərəfləri qane edən obyektiv mexanizm hazırlanmalıdır:

“Belə olan halda nə daşıyıcılar narazı qalacaq, nə dövlət əlavə maliyyə yükü ilə üzləşəcək, nə də vətəndaş xidmət keyfiyyətindən məhrum olacaq. Təbii ki, bu sistemdə ciddi nəzarət mexanizmi də vacibdir. İstənilən sui-istifadə hallarının, saxta məlumatların və digər neqativ halların qarşısı qəti şəkildə alınmalıdır. Ümumilikdə isə hesab edirəm ki, bu model düzgün tətbiq olunarsa, həm dövlətin maraqlarına xidmət edəcək, çünki ictimai nəqliyyatın inkişafını sürətləndirəcək, həm daşıyıcı şirkətlərin fəaliyyətini daha dayanıqlı edəcək, həm də vətəndaşların daha keyfiyyətli və fasiləsiz nəqliyyat xidmətindən istifadə etməsinə imkan yaradacaq. Bu isə ictimai nəqliyyat sahəsində aparılan islahatların ən vacib mərhələlərindən biri ola bilər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək