Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Baş Prokurorluq əməliyyat keçirdi -
Baş Prokurorluq əməliyyat keçirdi -
Hadisə

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Xpress.az Redaksiyası 03.08.2026 14:18

Sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər ifşa olunub.

Xpress.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İlkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin İdarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Rüstəm Mirzəyev və Kənan Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video

03.08.2026 20:59 Cəmiyyət

Araz Ağalarovun 27 yaşlı xanımı və övladları - Foto

03.08.2026 20:41 Gündəm

Bakıda 100-dən çox küçə və prospektdə təmir işləri aparılır

03.08.2026 20:00 Cəmiyyət

Tramp: İran nüvəsizləşdirilib

03.08.2026 17:58 Dünya

İlin son Günəş tutulması bu tarixdə olacaq

03.08.2026 17:48 Hadisə

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə

03.08.2026 17:31 Gündəm

Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...”-

03.08.2026 17:28 Mədəniyyət

Bakı Qızlar Universitetinin tələbələri hansı müəssisələrə köçürüləcək?

03.08.2026 17:17 Təhsil

Yevlaxda "Jiquli" pivəsinin dövriyyəsi dayandırıldı

03.08.2026 17:03 Cəmiyyət

Bakıda iki marşrut üzrə avtobuslar yenilənir

03.08.2026 16:56 Cəmiyyət

Xırdalanda ər və arvad arasında bıçaqlanma:

03.08.2026 16:11 Hadisə

Zelenski: Ukrayna müharibəni başa çatdırmaq istəyir

03.08.2026 15:53 Dünya

SOCAR "Itochu"ya məxsus iştirak payını alıb

03.08.2026 15:25 İqtisadiyyat

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi -

03.08.2026 15:00 Siyasət

Hövsanda su kəsiləcək

03.08.2026 14:45 Cəmiyyət

Türkiyədə 2500 illik heykəl aşkarlanıb

03.08.2026 13:59 Mədəniyyət

Bakıda torpaq sürüşməsi olan ərazidə SON VƏZİYYƏT -

03.08.2026 13:44 Hadisə

Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi

03.08.2026 13:32 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək