Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yevlaxda "Jiquli" pivəsinin dövriyyəsi dayandırıld...
Yevlaxda "Jiquli" pivəsinin dövriyyəsi dayandırıldı
Cəmiyyət

Yevlaxda "Jiquli" pivəsinin dövriyyəsi dayandırıldı

Xpress.az Redaksiyası 03.08.2026 17:03

Yevlax rayonu, Malbinəsi kəndi (Yevlax–Bərdə avtomobil yolunun 7-ci kilometri) ünvanında antisanitar şəraitdə fəaliyyət göstərən pivə istehsalı müəssisəsi aşkarlanıb.

Bu barədə Xpress.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən müəssisədə plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi, istehsal prosesində isə qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Məlum olub ki, məhsulun qablaşdırılmasında istifadə edilən şüşə butulkalar açıq su hovuzunda antisanitar şəraitdə yuyulur.

Qanunvericiliyin tələbləri pozulmaqla istehsal olunmuş "Jiquli" əmtəə nişanlı pivə məhsulları aşkarlanaraq dövriyyəsinin qarşısı alınıb.

Faktla bağlı inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Yevlaxda antisanitar şəraitdə fəaliyyət göstərən pivə sexinin fəaliyyəti dayandırılıb

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək