Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Baykal gölü yaxınlığında 4,7 bal gücündə zəlzələ b...
Baykal gölü yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib
Cəmiyyət

Baykal gölü yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib

Xpress.az Redaksiyası 04.08.2026 10:22

Baykal gölünün Tanxoy kəndi yaxınlığında Rixter şkalası üzrə 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

İrkutsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin məlumatına görə, yeraltı təkanlar Buryatiya Respublikası və İrkutsk vilayətində də hiss olunub. Zəlzələnin episentri Baykal gölünün sahilində yerləşən Tanxoy kəndi yaxınlığında qeydə alınıb.

Bildirilib ki, İrkutsk şəhərində zəlzələnin gücü təxminən 2 bal təşkil edib. Hadisə nəticəsində dağıntı və ya xəsarət alan olmayıb.

Rəsmi məlumata əsasən, bütün yaşayış məntəqələrində həyat normal axarında davam edir, infrastruktur və kommunal sistemlər fasiləsiz fəaliyyət göstərir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək