Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Gəncədə kütləvi dava: Bir nəfər öldü, üç nəfər yar...
Gəncədə kütləvi dava: Bir nəfər öldü, üç nəfər yaralandı - FOTO
Hadisə

Gəncədə kütləvi dava: Bir nəfər öldü, üç nəfər yaralandı - FOTO

Xpress.az Redaksiyası 06.08.2026 20:32

Bu gecə Gəncə şəhərində 43 yaşlı Azər Yusifovun ölümü və daha üç nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi davanın bəzi təfərrüatları bilinib.

Dava şəhərdəki "Günəş" restoranında baş verib. Tanışlar restoranda yeyib-içdikdən sonra mübahisə ediblər.

A.Yusifov mübahisə edən şəxsləri ayırmaq istəyərkən bıçaqlanıb. O, hadisə yerində vəfat edib.

Dava zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və Azamat Peşerskiy bıçaqlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.|Teleqraf

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək