İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb -ŞOK SƏBƏB+FOTOLAR
İstanbulun Kağıthane rayonunda polis əməkdaşları daxil olduqları evdə 57 yaşlı Azərbaycan vətəndaşı Latifə İbadovanın meyitini aşkar ediblər.
Xpress.az xəbər verir ki, ilkin araşdırma zamanı qadının bədənində döyülmə və kəsici-deşici alət xəsarətləri müəyyən edilməyib. Onun meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün Ədliyyə Tibb Müəssisəsinin morquna göndərilib.
Hadisə dünən, saat 13:30 radələrində Çağlayan məhəlləsində baş verib. Məlumata görə, xaricdən daxil olan məlumat əsasında polis əməkdaşları qapısı və pəncərələri açıq olan evə daxil olublar. Evdə aparılan yoxlama zamanı otaqlardan birində hərəkətsiz vəziyyətdə yatan qadın aşkar edilib. Təcili tibbi yardım əməkdaşlarının müayinəsi nəticəsində onun öldüyü müəyyənləşdirilib.
Araşdırma zamanı ölən şəxsin Azərbaycan vətəndaşı Latifə İbadova olduğu müəyyən edilib.
Birlikdə yaşadığı şəxsin hadisədən təxminən 15 dəqiqə əvvəl evi tərk etdiyi iddia olunur.
Polisin ilkin araşdırmasına görə, İbadovanın bədənində döyülmə və kəsici-deşici alət izləri aşkarlanmayıb. Bununla yanaşı, evdə masanın üzərində narkotik vasitə olduğu ehtimal edilən maddə olan plastik butulka aşkar edilib. Sözügedən maddə ekspertizaya göndərilmək üçün polis tərəfindən götürülüb.
Polis əməkdaşları ətrafda yaşayan sakinlərlə söhbət zamanı İbadova ilə eyni evdə “Ferhat” adlı şəxsin yaşadığını öyrəniblər. Sakinlərin iddiasına görə, həmin şəxs polisə məlumat verilməsindən təxminən 15 dəqiqə əvvəl evdən çıxıb.
Məhəllə sakinləri həmçinin cütlüyün bir müddətdir gecə saatlarında mübahisə etdiyini iddia ediblər.
Hadisə yerində araşdırma aparıldıqdan və prokuror tərəfindən baxış keçirildikdən sonra qadının meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün Ədliyyə Tibb Müəssisəsinin morquna aparılıb.
Prokurorluq şübhəli ölüm faktı ilə bağlı araşdırma başladıb. Polis hadisə ilə əlaqədar “Ferhat” adlı şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparır.
Qeyd: Hadisənin qəti səbəbi və ölümün hansı şəraitdə baş verdiyi məhkəmə-tibbi ekspertizanın nəticəsindən sonra müəyyənləşəcək.
