Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Şərurlu İsfəndiyardan AÇIQLAMA
Şərurlu İsfəndiyardan AÇIQLAMA
Cəmiyyət

Şərurlu İsfəndiyardan AÇIQLAMA : “Təhsilim olmasa da rəsmi şəkildə rektoram”

Xpress.az Redaksiyası 11.08.2026 11:56

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov növbəti dəfə diqqətçəkən açıqlaması ilə gündəmə gəlib.

İş adamı “Zarafat bir yana” verilişində hazırda məktəb tikintisi ilə məşğul olduğunu və həmin məktəblərdən birinin rəsmi şəkildə rektoru olduğunu bildirib:
“Hazırda çox gözəl məktəblər tikirəm. Tək bir məktəbim 10 min kvadratdır. Allahın izni ilə tikinti işləri bitəndə sizi də dəvət edəcəyəm, gəlib baxarsınız. Bəlkə də Azərbaycanda elə bir məktəb yoxdur. Məktəblərdən biri “Neftçilər” metrosunun yaxınlığındadır. Məktəb-bağçadır.

Biri “Kubinka”da, biri Hövsandadır. Amma ən yaxşı məktəb dediyim məktəbdir. Yüksək səviyyədədir. Mən həm də həmin məktəbin rəsmi şəkildə rektoruyam. Bu barədə sənədi sizə göstərə bilərəm”.

“Təhsil almadan rektor?” sualına isə İsfəndiyar Axundov belə cavab verib:
“Rektorun təhsilə nə dəxli var ki? Bu, vəzifədir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək