Cəmiyyət
Meteohəssas insanların NƏZƏRİNƏ
Xpress.az Redaksiyası
11.08.2026 15:59
Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir.
Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.
Günəş küləyi sürəti 11-12 avqustda gözlənilən tac kütlə atılmaları (TKA) və tac dəliyi axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.