Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması i...
Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama –
Cəmiyyət

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xpress.az Redaksiyası 12.08.2026 09:57


Tbilisi–Bakı istiqamətində əlavə reyslərin təyin edilməsi ilə bağlı Gürcüstan Dəmir Yolları tərəfindən hər hansı çətinlik mövcud deyil.

Bu barədə report-a Gürcüstan Dəmir Yollarından məlumat verilib.

Qurumun açıqlamasında bildirilir ki, Gürcüstan və Azərbaycan dəmir yolları Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş aparır.

Qeyd olunub ki, sözügedən istiqamətdə əlavə reyslərin təyin olunması və qəbul edilməsi ilə bağlı Gürcüstan Dəmir Yolları tərəfindən hər hansı maneə mövcud deyil.

“Hazırda tərəflər arasında bununla bağlı müvafiq iş prosesi aparılır”, – qurumdan əlavə olunub.

Gürcüstan Dəmir Yollarının məlumatına görə, əlavə reyslərin təyin olunacağı tarixlər barədə məlumat ictimaiyyətə açıq şəkildə elan ediləcək.

Qeyd edək ki, Tbilisi-Bakı sərnişin qatarına tələbatın yüksək olması səbəbindən biletlərin əldə edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə müxtəlif müraciətlər və şikayətlər də yayılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək