Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qubada ağaclar kütləvi kəsilib?
Qubada ağaclar kütləvi kəsilib?
Cəmiyyət

Qubada ağaclar kütləvi kəsilib? - VİDEO

Xpress.az Redaksiyası 13.08.2026 08:59

Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı qaynar xəttimizə məlumat daxil olub.

Ərazidə apardığımız çəkiliş zamanı həqiqətən də çoxsaylı ağacların kəsildiyi, bəzi yerlərdə isə meşə örtüyünün seyrəldiyini müşahidə etdik.

Sakinlər deyirlər ki, əvvəllər sıx meşəlik olan ərazidə indi ağacların kəsilməsi nəticəsində mənzərə tamamilə dəyişib.

İddiaya görə, ərazidə meyvə ağacları da olub.

Ərazinin sahibi olan Kamil Güləliyevi də tapdıq.

O, bildirdi ki, adıgedən ərazi onun şəxsi mülkiyyətidir və çıxarışı var. Onun sözlərinə görə, ərazidə meyvə ağacları olub və ev tikmək üçün kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Quba-Qəçrəş yolunun Qudyalçay sahilində ağacların kəsilməsi faktı nazirliyin regional qurumlarının əməkdaşları tərəfindən aşkar edilib, sözügüdən ərazinin meşə fonduna aid olmayan seyrək ərazi olduğu müəyyənləşdirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Qəçreş kəndi ərazisində ağackəsmə faktı ilə bağlı rayon polis şöbəsində prosessual araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək