Azərbaycanda "Qocalar Ev"ində yaşayanların sayı azalıb - STATİSTİKA
Azərbaycanda ahıl və kimsəsiz vətəndaşlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslərin sayı açıqlanıb.
Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2026-cı ilin əvvəlinə ölkədə bu kateqoriyadan olan vətəndaşlar üçün 3 sosial xidmət müəssisəsi fəaliyyət göstərib.
Həmin müəssisələrdə ümumilikdə 281 nəfər yaşayıb. Son altı ilin göstəricilərinə nəzər saldıqda, müəssisələrin sayının dəyişmədiyi, orada yaşayanların sayında isə müəyyən dalğalanmaların olduğu görünür.
Belə ki, sosial xidmət müəssisələrində yaşayan ahıl və kimsəsiz vətəndaşların sayı:
2021-ci ildə – 292 nəfər;
2022-ci ildə – 305 nəfər;
2023-cü ildə – 322 nəfər;
2024-cü ildə – 281 nəfər;
2025-ci ildə – 280 nəfər;
2026-cı ilin əvvəlində – 281 nəfər olub.
Beləliklə, göstərici 2023-cü ildə son altı ilin ən yüksək həddinə – 322 nəfərə çatıb. 2026-cı ilin əvvəlində isə 2023-cü illə müqayisədə müəssisələrdə yaşayanların sayı 41 nəfər və ya 12,7 faiz azalıb.