Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı i...
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
Cəmiyyət

“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq

Xpress.az Redaksiyası 13.08.2026 10:08


“Azərsun Holdinq” Azərbaycanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, yerli xammal bazasının genişləndirilməsi və bitki yağı istehsalında idxaldan asılılığın azaldılması istiqamətində yeni layihəyə start verib.

Layihə çərçivəsində cari ildə Biləsuvar və Həkəri ərazilərində ümumilikdə 229 hektar sahədə günəbaxan əkini həyata keçirilib. Mövsüm ərzində bu sahələrdən təxminən 600 ton günəbaxan məhsulunun əldə olunması gözlənilir.

Şirkətin uzunmüddətli strategiyasına əsasən, 2030-cu ilədək günəbaxan əkinlərinin 1 800 hektara, yağ istehsalının isə 4000 tona çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədi yerli günəbaxan istehsalını artırmaqla Bakı Qida və Yağ Fabrikinin xammal təminatında yerli resursların payını mərhələli şəkildə yüksəltmək, kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlığı genişləndirmək və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.

Yerli xammalın emal payı artırılacaq

Bakı Qida və Yağ Fabrikinin direktoru Şahəddin İbrahimov bildirib ki, yerli xammal bazasının gücləndirilməsi şirkətin strateji prioritetlərindən biridir.

Onun sözlərinə görə, yerli günəbaxandan istifadənin genişləndirilməsi logistika xərclərinin optimallaşdırılmasına, tədarük müddətinin qısaldılmasına və istehsal prosesinin davamlılığının təmin edilməsinə imkan verəcək.

“Məqsədimiz yerli xammalın emal payını ildən-ilə artırmaq, daxili istehsalı gücləndirmək və ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir”, – deyə Şahəddin İbrahimov qeyd edib.

Bakı Qida və Yağ Fabriki yerli günəbaxanın qəbulu və emalı üçün müasir texnologiyalarla təchiz olunub. Müəssisədə xammalın keyfiyyətinə laboratoriya nəzarəti həyata keçirilir, istehsal prosesləri isə müasir avtomatlaşdırılmış sistemlər vasitəsilə idarə olunur.

Əkin sahələri mərhələli şəkildə genişləndiriləcək

“Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın müdiri Rüstəm Rüstəmov bildirib ki, cari mövsümdə Biləsuvar və Həkəri ərazilərində əkilən 229 hektar sahədə bitkilərin inkişafı qənaətbəxşdir.

“Əsas məqsədimiz yüksək məhsuldarlıq əldə etmək, növbəli əkin sisteminə uyğun sahələri genişləndirmək və dayanıqlı yerli xammal bazası formalaşdırmaqdır”, – deyə Rüstəm Rüstəmov bildirib.

Planlara əsasən, əkin sahələrinin genişləndirilməsi mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, 2027-ci ildə əkin sahələrinin 723 hektara, 2028-ci ildə 1487 hektara, 2029-cu ildən etibarən isə təxminən 1825 hektara çatdırılması nəzərdə tutulur.

Bununla yanaşı, suvarma infrastrukturunun genişləndirilməsi, torpaq ehtiyatlarının qiymətləndirilməsi və müasir aqrotexnologiyaların tətbiqi istiqamətində də işlər davam etdirilir.

Müasir aqrotexnologiyalar tətbiq olunur

Günəbaxan əkinlərində yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə torpağın hazırlanması, sertifikatlaşdırılmış toxumlardan istifadə, optimal müddətdə səpin, torpaq analizlərinə əsaslanan gübrələmə, müasir suvarma sistemlərinin tətbiqi, eləcə də bitkilərin xəstəlik və zərərvericilərdən qorunması kimi aqrotexniki tədbirlər həyata keçirilir.

Cari mövsümdə hər hektardan orta hesabla 25–30 sentner məhsuldarlıq əldə olunması gözlənilir. Məhsul yığımının mərhələli şəkildə həyata keçirilməsi və əldə olunan məhsulun operativ şəkildə emal müəssisəsinə çatdırılması planlaşdırılır.

Yerli xammal bazasının genişləndirilməsi əsas prioritetlərdəndir

"Azərsun Holdinq"in baş icraçı direktoru Savaş Uzan bildirib ki, şirkətin inkişaf strategiyasına uyğun olaraq yerli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və strateji xammal bazasının genişləndirilməsi prioritetlərdəndir.

Günəbaxan istehsalının genişləndirilməsi ətraf bölgələrdə fəaliyyət göstərən fermerlərin bu sahəyə cəlb olunmasına, kənd təsərrüfatında istehsal imkanlarının artırılmasına və yerli emal sənayesinin xammalla daha dayanıqlı təminatına şərait yaradacaq.

“Azərsun Holdinq” qarşıdakı illərdə yerli günəbaxan istehsalının həcmini artırmağı, əkin sahələrini genişləndirməyi və bitki yağı istehsalında yerli xammalın payını mərhələli şəkildə yüksəltməyi hədəfləyir. Şirkət bu istiqamətdə həyata keçirdiyi layihələrlə Azərbaycanın ərzaq təhlükəsizliyinə və yerli kənd təsərrüfatının inkişafına töhfəsini davam etdirməyi planlaşdırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək