Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda I yarımildə dövlət satınalmaları üzrə...
Azərbaycanda I yarımildə dövlət satınalmaları üzrə 1 144 yekun protokol ləğv edilib
Cəmiyyət

Azərbaycanda I yarımildə dövlət satınalmaları üzrə 1 144 yekun protokol ləğv edilib

Xpress.az Redaksiyası 14.08.2026 17:02

Bu lin I yarısında Azərbaycanda satınalma müsabiqələri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanmış 1 144 yekun protokol ləğv edilib.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini Mirzə Mirzəyev media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

O xatırladıb ki, Agentlik dövlət satınalmaları sisteminin tənzimlənməsi, metodoloji dəstəyin göstərilməsi, monitorinq və nəzarət funksiyalarını həyata keçirir: "Bu çərçivədə dövlət satınalmaları ilə bağlı müraciətlərin çevik emalı və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər görülüb. Cari ilin ilk altı ayında açılışı keçirilmiş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodunda 3,7, kotirovka sorğusu metodunda 3,4, ümumilikdə isə 3,5 təşkil edib. Dövlət satınalmalarında çoxiştirakçılığın təmin edilməsi iqtisadi fəallığı stimullaşdırmağa xidmət edir. Rəqabət mühitinin genişləndirilməsi daha çox sahibkarın dövlət sifarişlərinə çıxış imkanlarını artırmaqla yanaşı, satınalma nəticələrinin daha səmərəli formalaşmasına şərait yaradır.

Sədr müavini əlavə edib ki, dövlət satınalmalarının vahid internet portalının funksional imkanları da genişləndirilib: "Artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilənin şərtləri birbaşa portal üzərindən formalaşdırılır. Bundan başqa, "etender.gov.az" portalı ilə Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin "e-müqavilə" altsistemi arasında inteqrasiya həyata keçirilib. İnteqrasiya yekunlaşmış satınalmalar üzrə müqavilə və təklif məlumatlarının "e-müqavilə" altsisteminə ötürülməsini və müqavilələrin həmin sistem üzərindən imzalanmasını əhatə edir. İmzalanmış müqavilələr barədə məlumatlar isə yenidən dövlət satınalmalarının vahid internet portalına göndərilir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq

14.08.2026 18:33 Cəmiyyət

Onlayn alışda pulu geri almağın əsas yolu —

14.08.2026 17:50 İqtisadiyyat

Azərbaycanda I yarımildə elektron satınalma hesabına 294 milyon manat qənaət edilib

14.08.2026 17:00 Cəmiyyət

Dövlət Agentliyi şirkətləri dövlət satınalmalarında daha fəal iştiraka çağırıb

14.08.2026 16:30 Cəmiyyət

DSX-də generalların yeri dəyişdi- Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

14.08.2026 16:03 Cəmiyyət

Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın! -

14.08.2026 14:59 Cəmiyyət

Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 14:07 Cəmiyyət

İspaniya tatamisindən Samux tarlalarına uzanan uzun səyahət

14.08.2026 13:23 Cəmiyyət

İlham Əliyev Fərman imzaladı

14.08.2026 13:13 Cəmiyyət

Azərbaycanda bu nazirliyin ŞOK miqdarda borcu üzə çıxdı

14.08.2026 11:59 Cəmiyyət

Xəzərdəki “əjdaha” – İnsanları udan gözəgörünməz haqda nə bilirik?

14.08.2026 11:20 Cəmiyyət

Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

14.08.2026 10:59 Cəmiyyət

Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı

14.08.2026 10:00 Cəmiyyət

Xankəndi şəhərinə növbəti köç karvanı yola salındı

14.08.2026 09:03 Cəmiyyət

ADY-də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

13.08.2026 23:24 Cəmiyyət

Xalq artistinin dəbdəbəli bağ evi diqqət çəkdi

13.08.2026 21:20 Şou-Biznes

İstanbulda erməni məktəblərinə gözlənilməz qadağa –

13.08.2026 21:17 Dünya

Konfrans Liqası:

13.08.2026 21:14 İdman

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək