Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “28 May” və “Nizami” stansiyaları arasında qatarla...
“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
Cəmiyyət

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Xpress.az Redaksiyası 15.08.2026 09:48

Avqustun 15-dən Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Bu isə o deməkdir ki, “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Bu barədə Xpress.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, tikinti işləri təxminən 10-11 ay davam edəcək. Bu müddət ərzində qatarlar “Nizami–28 May” mənzili arasında fəaliyyət göstərməyəcək.

Qeyd olunub ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun həyata keçirilir.

Layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında mövcud asılılığı aradan qaldırmaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

Layihə başa çatdıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.

Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən ikinci sərnişin pilləkəninin tikintisi də yekunlaşmaq üzrədir. Yeni keçid sərnişinlərin stansiyalar arasında daha rahat və sürətli hərəkətinə imkan verəcək.

Tikinti çərçivəsində “Dərnəgül” elektrik deposunun inşasının ikinci mərhələsi tamamlanmaq üzrədir və “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin tikintisinə başlanılacaq.

Tikinti dövründə metroda hərəkət aşağıdakı qaydada təşkil olunacaq:

 “28 May–Nizami” mənzilində sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əlavə ekspres marşrutlar təşkil edəcək və mövcud marşrutlara əlavə avtobuslar cəlb olunacaq.

 Qırmızı xətt üzrə qatarlar “İçərişəhər–Əhmədli” marşrutu üzrə 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcək.

“Əhmədli–Həzi Aslanov” mənzilində isə təmir işləri başa çatanadək mövcud məkik hərəkəti saxlanılacaq.

 Yaşıl xətt üzrə qatarlar “Dərnəgül–Nizami” marşrutu üzrə 3 dəqiqə 30 saniyə intervalla fəaliyyət göstərəcək.

 “Cəfər Cabbarlı–Xətai” mənzilində məkik hərəkəti dəyişməyəcək və interval 7 dəqiqə olacaq.

 Bənövşəyi xətt üzrə “Xocəsən–8 Noyabr” marşrutunda 8 dəqiqəlik interval qüvvədə qalacaq.

“Bakı Metropoliteni” bildirib ki, layihə başa çatdıqdan sonra Qırmızı (“İçərişəhər–Həzi Aslanov”) və Yaşıl (“Dərnəgül–Xətai”) xətləri tam müstəqil infrastrukturla fəaliyyət göstərəcək.

Yaşıl xətt üzrə qatarların hərəkəti “Dərnəgül” stansiyasından başlayaraq “Cəfər Cabbarlı” vasitəsilə “Xətai” stansiyasına qədər davam edəcək və interval 3 dəqiqə 30 saniyə olacaq. Bununla da “Cəfər Cabbarlı–Xətai” sahəsində mövcud olan 8 dəqiqəlik gözləmə intervalı aradan qalxacaq.

Növbəti mərhələdə Y-15 stansiyasına qədər tunellər və dönmə infrastrukturu tamamlandıqdan sonra Yaşıl xətt üzrə qatarlararası intervalın 2 dəqiqəyədək azaldılması planlaşdırılır.

Qırmızı xətt üzrə isə “İçərişəhər” dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu infrastruktur tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə qatarlararası intervalın 2 dəqiqəyədək endirilməsi mümkün olacaq.

“Bakı Metropoliteni” sərnişinlərdən tikinti dövründə yarana biləcək müvəqqəti narahatlıqları anlayışla qarşılamalarını xahiş edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Naxçıvanın inkişaf strategiyasında yeni mərhələ:

15.08.2026 11:58 Gündəm

Qan xərçəngindən əziyyət çəkən uşaqlar üçün yeni təşəbbüs hazırlanır

15.08.2026 11:42 Cəmiyyət

“Sən gəlməz oldun”:

15.08.2026 11:33 Mədəniyyət

"Sea breeze"də ayağı su nasosunda sıxılan uşaq vəfat etdi

15.08.2026 10:18 Hadisə

Bu gün dənizə girmək təhlükəlidir - FHN-dən XƏBƏRDARLIQ

15.08.2026 10:04 Cəmiyyət

Maaş və pensiya kartı ilə bağlı

15.08.2026 09:26 İqtisadiyyat

Ekspres avtobuslar harada dayanır? -

15.08.2026 08:33 Cəmiyyət

Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq

14.08.2026 18:33 Cəmiyyət

Onlayn alışda pulu geri almağın əsas yolu —

14.08.2026 17:50 İqtisadiyyat

Azərbaycanda I yarımildə dövlət satınalmaları üzrə 1 144 yekun protokol ləğv edilib

14.08.2026 17:02 Cəmiyyət

Azərbaycanda I yarımildə elektron satınalma hesabına 294 milyon manat qənaət edilib

14.08.2026 17:00 Cəmiyyət

Dövlət Agentliyi şirkətləri dövlət satınalmalarında daha fəal iştiraka çağırıb

14.08.2026 16:30 Cəmiyyət

DSX-də generalların yeri dəyişdi- Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

14.08.2026 16:03 Cəmiyyət

Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın! -

14.08.2026 14:59 Cəmiyyət

Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 14:07 Cəmiyyət

İspaniya tatamisindən Samux tarlalarına uzanan uzun səyahət

14.08.2026 13:23 Cəmiyyət

İlham Əliyev Fərman imzaladı

14.08.2026 13:13 Cəmiyyət

Azərbaycanda bu nazirliyin ŞOK miqdarda borcu üzə çıxdı

14.08.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək