Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə "Sea breeze"də ayağı su nasosunda sıxılan uşaq vəf...
"Sea breeze"də ayağı su nasosunda sıxılan uşaq vəfat etdi
Hadisə

"Sea breeze"də ayağı su nasosunda sıxılan uşaq vəfat etdi

Xpress.az Redaksiyası 15.08.2026 10:18

"Sea Breeze"də hovuzda ayağı su nasosunda sıxılı qalan 2022-ci il təvəllüdlü Akif Abdullayev həyatını itirib.

Bu barədə Fövqaladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

"Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb",- məlumatda bildirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək