Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının...
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
Cəmiyyət

Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?

Xpress.az Redaksiyası 16.08.2026 09:00

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda Bakıda 17 bazar və yarmarka fəaliyyət göstərib. Bu göstərici əvvəlki illə müqayisədə bir vahid azalsa da, paytaxtın sürətlə artan əhalisi və istehlak tələbi fonunda bu sayın kifayət edib-etmədiyi sual doğurur. Diqqətçəkən məqamlardan biri odur ki, bəzi iqtisadi rayonlarda fəaliyyət göstərən bazar və yarmarkaların ümumi sayı Bakıda qeydə alınan göstəricini üstələyir.

Bəs paytaxtda fəaliyyət göstərən 17 bazar və yarmarka əhalinin tələbatını qarşılamaq üçün kifayət edirmi?

Xpress.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Statistik göstəricilər də maraqlı mənzərə ortaya qoyur. Komitənin məlumatına əsasən, iqtisadi rayonlar arasında ən çox bazar və yarmarka Qazax-Tovuzda (14), Mərkəzi Aranda (13) və Şirvan-Salyanda (11) fəaliyyət göstərir. Lənkəran-Astara və Şəki-Zaqatalada hərəsində 10, Quba-Xaçmazda isə 9 bazar və yarmarka qeydə alınıb.

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, Bakı əhalisinin və turist axınının artması ərzaq məhsullarına tələbatı da yüksəldir. Bu baxımdan paytaxtda fəaliyyət göstərən bazar və yarmarkaların sayı əhalinin ehtiyaclarına uyğun olmalıdır: "Bakı böyük meqapolisdir və daim inkişaf edir. Həm daimi, həm də müvəqqəti yaşayan insanların, eləcə də turistlərin sayı artır. Buna görə də ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat yüksək olaraq qalır. Qida məhsullarının satışı həyata keçirilən pərakəndə və topdansatış məntəqələri müasir standartlara uyğun fəaliyyət göstərməlidir. Eyni zamanda, ölkəmizdə bazar və yarmarka mədəniyyəti formalaşıb. İnsanlar təzə məhsulları birbaşa fermerdən almağa üstünlük verirlər. Bu, fermerlə istehlakçı arasında birbaşa əlaqə yaradır, qiymətlərin daha münasib olmasına və alıcı üçün daha sərfəli alış imkanlarının formalaşmasına şərait yaradır. Fermer məhsulunu birbaşa sata bilmədikdə həm özü, həm də istehlakçı itirir. Belə hallarda vasitəçilərin sayı artır ki, bu da son qiymətə təsir göstərir".

Ekspert hesab edir ki, paytaxtda əhalinin artımı fonunda yeni fermer bazarlarının yaradılması həm istehsalçılar, həm də istehlakçılar üçün daha əlverişli şərait yarada bilər: "Meyvəli Ticarət Kompleksi hazırda istehsalçıların məhsullarının satış şəbəkələrinə çatdırılmasında mühüm rol oynayır. Gələcəkdə iri market şəbəkələrinin fermerlərlə birbaşa əməkdaşlıq etməsi də həm istehsalçılar, həm də istehlakçılar üçün faydalı ola bilər".

İqtisadçı Rauf Qarayev isə hesab edir ki, bazarların sayından daha çox satış infrastrukturunun dəyişməsi və müasir pərakəndə ticarətin inkişafı nəzərə alınmalıdır. Mütəxəssis bildirir ki, regionlarda və müxtəlif iqtisadi zonalarda bazarların sayının çox olmasına baxmayaraq, fermerlərin əsas hədəfi hələ də paytaxt bazarlarıdır: "Bunun başlıca səbəbi Bakının həm əhalisinin sayına, həm də gəlir səviyyəsinə görə digər regionları üstələməsidir. Bu amil fermer üçün məhsulunu daha sürətlə və gəlirli satmaq imkanı yaradır. Digər tərəfdən, bir çox halda fermerlər Bakıya özləri gəlmir. Müəyyən vasitəçilər yerlərdə məhsulu fermerdən birbaşa alaraq öz logistika vasitələri ilə Bakıya gətirir və satışını təşkil edirlər".

Ekspert bildirir ki, sovet dövründən fəaliyyət göstərən iri bazarlar son illər müasir pərakəndə satış şəbəkələri ilə rəqabət aparır. Bu bazarlar yavaş-yavaş sıxışdırılır və onların yerini həyatımızın ayrılmaz hissəsinə çevrilən modern meyvə-tərəvəz dükanları və marketləri alır: "Bu meylin yaranmasının əsas səbəbi bazarlara gələn kəndlilərin sayının az olmasıdır. Məhsulu bazarlarda onsuz da alverçilər satır. Dövlət tərəfindən kəndliyə yerhaqqı ödəmədən satış etmək üçün müəyyən günlər ayrılsa da, kəndli günlərlə orada gözləməkdənsə, məhsulunu birbaşa vasitəçiyə verib kəndinə qayıtmağa üstünlük verir. Bununla yanaşı, müasir marketlərdə təmin olunan kondisionerli və sərin mühit məhsulların yay aylarında günün altında qalıb xarab olmasının qarşısını alır, həm alıcı, həm də satıcı üçün maksimum komfort yaradır. Əvvəllər alıcılar 10-20 qəpik ucuz məhsul tapmaq üçün kilometrlərlə yol qət edərək iri bazarlara gedirdilərsə, indiki şəraitdə nəqliyyat xərcini, yol tıxacını və zaman itkisini hesablayaraq məhəllə marketindən alış-veriş etməyi daha sərfəli hesab edirlər. Həmçinin bu marketlərdə günün sonuna doğru tez xarab ola biləcək məhsulların qiymətinin avtomatik aşağı düşməsi də sakinlərin ucuz məhsul almasına şərait yaradır".

R.Qarayev bildirir ki, Bakıda pərakəndə satış nöqtələrinin (məhəllə marketlərinin) sayı əhalinin gündəlik tələbatını ödəmək baxımından tam yetərlidir və istehlakçının rahatlığı üçün bütün lazımi şərait var: "Lakin ənənəvi iri bazarların sıxışdırılması və kəndlinin şəhər bazarlarında birbaşa iştirak edə bilməməsi daxili bazarda vasitəçilərdən asılılığı artırır. Bu səbəbdən daxili bazarda rəqabət mühitinin qorunması və fermerlərin öz məhsullarını rahat reallaşdırması üçün mexanizmlərin təkmilləşdirilməsi vacibdir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Zaqatala İcra Hakimiyyətinin milyonluq tenderləri

16.08.2026 12:42 Cəmiyyət

Beyləqanda bir nəfər kanalda batdı

16.08.2026 11:41 Hadisə

Bəxtiyar Vahabzadənin doğum günüdür

16.08.2026 09:45 Mədəniyyət

Tovuzdan yayılan görüntü şok etdi: biabırçı mənzərə –

16.08.2026 09:22 Gündəm

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

15.08.2026 16:42 Sağlamlıq

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

15.08.2026 15:06 Gündəm

Naxçıvanın inkişaf strategiyasında yeni mərhələ:

15.08.2026 11:58 Gündəm

Qan xərçəngindən əziyyət çəkən uşaqlar üçün yeni təşəbbüs hazırlanır

15.08.2026 11:42 Cəmiyyət

“Sən gəlməz oldun”:

15.08.2026 11:33 Mədəniyyət

"Sea breeze"də ayağı su nasosunda sıxılan uşaq vəfat etdi

15.08.2026 10:18 Hadisə

Bu gün dənizə girmək təhlükəlidir - FHN-dən XƏBƏRDARLIQ

15.08.2026 10:04 Cəmiyyət

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

15.08.2026 09:48 Cəmiyyət

Maaş və pensiya kartı ilə bağlı

15.08.2026 09:26 İqtisadiyyat

Ekspres avtobuslar harada dayanır? -

15.08.2026 08:33 Cəmiyyət

Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq

14.08.2026 18:33 Cəmiyyət

Onlayn alışda pulu geri almağın əsas yolu —

14.08.2026 17:50 İqtisadiyyat

Azərbaycanda I yarımildə dövlət satınalmaları üzrə 1 144 yekun protokol ləğv edilib

14.08.2026 17:02 Cəmiyyət

Azərbaycanda I yarımildə elektron satınalma hesabına 294 milyon manat qənaət edilib

14.08.2026 17:00 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək