Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Tovuzdan yayılan görüntü şok etdi: biabırçı mənzər...
Tovuzdan yayılan görüntü şok etdi: biabırçı mənzərə –
Gündəm

Tovuzdan yayılan görüntü şok etdi: biabırçı mənzərə – VİDEO

Xpress.az Redaksiyası 16.08.2026 09:22

Gədəbəy rayonunda üç gün öncə yağan intensiv yağışlar Zəyəm çayında güclü daşqına səbəb olub. Çayın Tovuz rayonu ərazisindən keçən hissəsində sel suları ilə birlikdə çay yatağına atılmış məişət tullantılarının üzə çıxması ciddi narahatlıq yaradıb. Yayılmış görüntülərdə bu tullantıların sel suları ilə aşağı istiqamətə axdığı görünür. Məsələ ilə bağlı aidiyyəti qurumların, o cümlədən Tovuz və Gədəbəy Rayon İcra Hakimiyyətinin hər hansı açıqlama vermədiyi bildirilir.

Bu mənzərə isə təkcə ekoloji məsuliyyət məsələsini deyil, rayonlarda məişət tullantılarının toplanması və idarə olunması ilə bağlı problemləri də gündəmə gətirir. Bu, əksər rayonlarda rast gəlinən biabırçı mənzərədir. Çıxış yolu nədir?

Globalinfo.az-a danışan ekoloq, bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayev deyib ki, inkişaf etmiş ölkələrdə tullantıların idarə olunması artıq yüksək səviyyədə həll edilib, iqtisadiyyatın ayrıca bir sahəsinə çevrilib və şəhər təsərrüfatının ayrılmaz hissəsi kimi fəaliyyət göstərir:

“Tullantıların təkrar emalı hesabına əldə olunan gəlirlər də milli iqtisadiyyatda müəyyən paya sahib olmağa başlayıb. Bununla yanaşı, inkişaf etməkdə olan və xüsusilə demoqrafik yükü yüksək olan ölkələrdə bu problem hələ də kifayət qədər kritikdir. Dünya okeanlarında zibil adalarının, şəhər və yaşayış məntəqələrində isə böyük tullantı yığınlarının yaranması bunun göstəricisidir. Tullantılar əsasən bərk və maye olmaqla iki qrupa bölünür. Maye tullantıların müəyyən hissəsini su hövzələrində gözəgörünməz etmək mümkün olsa da, bərk tullantılarda belə bir imkan yoxdur. Lakin dünya artıq elmi yanaşmalar əsasında tullantıların təkrar emal edilərək yenidən iqtisadiyyata qazandırılması modellərini işləyib hazırlayıb. Eyni zamanda yaşıl, tullantısız və ekoloji cəhətdən təhlükəsiz texnologiyalar vasitəsilə tullantıların həcminin minimuma endirilməsi istiqamətində ciddi işlər görülür”.

Ekoloq təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda tullantıların idarə olunması hələ də ölkənin ən ağrılı problemlərindən biridir:

“Doğrudur, “Təmiz Şəhər” layihəsi çərçivəsində Bakının müəyyən hissəsində bərk məişət tullantılarının idarə olunması müasir standartlara uyğun həyata keçirilir. Amma burada da daşınma və logistika problemləri mövcuddur. Eyni zamanda tullantıların yandırılması və emalı ilə bağlı zavodun imkanlarının artıq yüksək həddə çatması məsələsi də gündəmdədir. Bakıdan kənarda, xüsusilə Sumqayıt, Lənkəran, Masallı, Tovuz, Gədəbəy və digər rayonlarda vəziyyət daha ciddi narahatlıq doğurur. Təbiət ərazilərində, çay kənarlarında, kənd və qəsəbələrdə bərk tullantıların müasir standartlara uyğun toplanması və daşınması sistemi tam formalaşmayıb. Bir çox kənd və qəsəbələrdə ümumiyyətlə bərk məişət tullantılarının müntəzəm daşınması anlayışı yoxdur. Nəticədə tullantılar primitiv üsullarla basdırılır və ya yandırılır. Bunun fəsadları isə kifayət qədər ağırdır”.


A.Mustafayev deyib ki, uzun illər, hətta yüzlərlə il torpaqda parçalanmayan tullantılar torpaqları çirkləndirir, kənd təsərrüfatına zərər vurur, heyvanların və insanların sağlamlığı üçün təhlükə yaradır:

“Məsələn, Masallıda günlərlə yanan poliqondan atmosferə yayılan zəhərli və digər zərərli qazlar ətraf ərazidə yaşayan insanların sağlamlığı üçün ciddi risk yaradır. Bu problemin həllində yalnız inzibati tədbirlərə və cərimələrə arxalanmaq mümkün deyil. Cərimələr müəyyən qədər çəkindirici vasitə ola bilər, amma problemin kökündən həlli üçün həm milli şüur, həm ekoloji tərbiyə, həm də iqtisadi yanaşma dəyişməlidir. Biz anlamalıyıq ki, tullantı yalnız zibil deyil. Onun içərisində təkrar emal etməklə iqtisadiyyata qazandırıla biləcək böyük resurslar var. Yaşıl texnologiyaların tətbiqi ilə tullantıların həcmini azaltmaq, təkrar emal sahəsini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq və dövlət üçün əlavə gəlir mənbələri formalaşdırmaq mümkündür. Eyni zamanda rayonların ekoloji vəziyyətini də yaxşılaşdırmaq olar”.

Ekspertin fikrincə, cəmiyyətin tullantılara münasibəti dəyişməlidir:

“Biz niyə zibillərimizi aparıb çayın kənarına atmalıyıq? Nəticədə çay çirklənir, ətraf ərazi çirklənir, görüntü kirliliyi yaranır və təbiətə ciddi ziyan dəyir. Ona görə də tullantıların idarə olunması yalnız kommunal təsərrüfat və ya ekologiya məsələsi deyil. Bu, həm də milli düşüncə, ekoloji mədəniyyət və iqtisadi inkişaf məsələsidir. Azərbaycan bu sahədə müasir standartlara keçməli, xüsusilə bölgələrdə tullantıların toplanması, daşınması, çeşidlənməsi və təkrar emalı üzrə vahid və effektiv sistem qurmalıdır”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanladıq.

Sorğuya cavab olaraq bildirildi ki, bu cür hallara rast gəlindikdə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən məsələnin aidiyyəti üzrə araşdırılması və yaranmış problemin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi məktublar ünvanlanır.

ADSEA-dan bildirildi ki, qeyd olunan ərazinin bir hissəsi Tovuz rayonun, bir hissəsi Şəmkir rayonun ərazisidir:

“Çayın mənbəyi Gədəbəy rayonun dağlarından başlayır, tərəfimizdən daim nəzarətdə saxlanılır. Gədəbəy ərazisindən keçən su hövzəsində çirklənmə yoxdur”.

Təəssüf ki, Tovuz və Gədəbəy Rayon İcra Hakimiyyətləri ilə əlaqə yaratmaq mümkün olmadı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Zaqatala İcra Hakimiyyətinin milyonluq tenderləri

16.08.2026 12:42 Cəmiyyət

Beyləqanda bir nəfər kanalda batdı

16.08.2026 11:41 Hadisə

Bəxtiyar Vahabzadənin doğum günüdür

16.08.2026 09:45 Mədəniyyət

Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?

16.08.2026 09:00 Cəmiyyət

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

15.08.2026 16:42 Sağlamlıq

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

15.08.2026 15:06 Gündəm

Naxçıvanın inkişaf strategiyasında yeni mərhələ:

15.08.2026 11:58 Gündəm

Qan xərçəngindən əziyyət çəkən uşaqlar üçün yeni təşəbbüs hazırlanır

15.08.2026 11:42 Cəmiyyət

“Sən gəlməz oldun”:

15.08.2026 11:33 Mədəniyyət

"Sea breeze"də ayağı su nasosunda sıxılan uşaq vəfat etdi

15.08.2026 10:18 Hadisə

Bu gün dənizə girmək təhlükəlidir - FHN-dən XƏBƏRDARLIQ

15.08.2026 10:04 Cəmiyyət

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

15.08.2026 09:48 Cəmiyyət

Maaş və pensiya kartı ilə bağlı

15.08.2026 09:26 İqtisadiyyat

Ekspres avtobuslar harada dayanır? -

15.08.2026 08:33 Cəmiyyət

Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq

14.08.2026 18:33 Cəmiyyət

Onlayn alışda pulu geri almağın əsas yolu —

14.08.2026 17:50 İqtisadiyyat

Azərbaycanda I yarımildə dövlət satınalmaları üzrə 1 144 yekun protokol ləğv edilib

14.08.2026 17:02 Cəmiyyət

Azərbaycanda I yarımildə elektron satınalma hesabına 294 milyon manat qənaət edilib

14.08.2026 17:00 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək