Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Şəhid övladları üçün “Psixoloji Teatr Təlimləri”nə...
Şəhid övladları üçün “Psixoloji Teatr Təlimləri”nə başlanılır
Cəmiyyət

Şəhid övladları üçün “Psixoloji Teatr Təlimləri”nə başlanılır

Xpress.az Redaksiyası 16.08.2026 16:46

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində əhəmiyyətli bir sosial layihəyə start verilir. Layihə çərçivəsində şəhid ailələrindən olan uşaqlar üçün “Psixoloji Teatr Təlimləri” keçiriləcək.
Bu təşəbbüsün əsas məqsədi Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın övladlarına psixoloji dəstək göstərmək, onların emosional vəziyyətlərini yaxşılaşdırmaq və yaradıcı potensiallarını üzə çıxarmaqdır. Teatr sənətinin imkanlarından istifadə etməklə, təlimçilər uşaqlara öz hisslərini ifadə etməyə, sosiallaşmağa və çətin həyat hadisələri ilə daha sağlam şəkildə başa çıxmağa kömək edəcəklər.
Təlimlər teatr elementlərini ehtiva edən müasir psixoloji üsullarla aparılacaq və peşəkar psixoloqlar ilə aktyorların birgə rəhbərliyi altında keçiriləcək. Bu, iştirakçı uşaqlar üçün həm təlim, həm də terapiya xarakteri daşıyacaq.
“Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin sədri Yusif Bəkirov qeyd edib ki, şəhid ailələrinə qayğı göstərmək hər bir vətəndaşın və dövlətin borcudur: “Bu təlimlər vasitəsilə biz uşaqlarımızın mənəvi-psixoloji sağlamlığına töhfə vermək, onların cəmiyyətə inteqrasiyasını və fərdi inkişaflarını dəstəkləmək istəyirik. Teatr vasitəsilə onlar həm öz daxili dünyalarını kəşf edəcək, həm də yeni dostlar qazanacaqlar”.
Qeyd edək ki, layihə 2026-cı ilin sonuna qədər davam edəcək və bu müddət ərzində Gəncə şəhərindən olan onlarla şəhid övladının bu təlimlərdən yararlanması nəzərdə tutulub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək