Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəx...
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi 4 min manat cərimələnib
Cəmiyyət

“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi 4 min manat cərimələnib

Xpress.az Redaksiyası 17.08.2026 11:44

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 4 min manat məbləğində cərimələnib.

Valyuta.az Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir ki, qərar qurum tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində aşkarlanmış qanun pozuntuları ilə əlaqədar qəbul edilib.

Bildirilib ki, şirkətin vəzifəli şəxsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunub.

Bakı Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi barəsində 4 000 (dörd min) manat məbləğində cərimə tətbiq edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək