Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sabahdan Bakının bu iki küçəsi
Sabahdan Bakının bu iki küçəsi
Cəmiyyət

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Xpress.az Redaksiyası 17.08.2026 19:41

Bakı şəhərinin iki küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, avqustun 18-dən etibarən Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsi saat 08:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlanacaq. Həmin tarixdən Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissədə də saat 20:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək