Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-i mə...
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-i məhkəməyə verib
Media

Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-i məhkəməyə verib

Xpress.az Redaksiyası 18.08.2026 18:00

Azərbaycan ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.

"Report"un əldə etdiyi məlumata görə, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir.

2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.

Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-in sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.

Amma belə bir cavaba baxmayaraq materialda Azərbaycanın təqdim etdiyi mövqe adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.

Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.

Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib.

İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.

CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib.

Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.

Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edilib. Belə ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı da onun müəllifliyi ilə Azərbaycana qarşı qərəzli iddialarla dolu olan məqalələr dərc edilib

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

01.09.2026 09:44 Siyasət

Mediaservis.az və SUALCAVAB.COM arasında rəsmi tərəfdaşlıq başladı

01.09.2026 09:30 Təhsil

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

31.08.2026 20:56 Cəmiyyət

Kinematoqrafçılar İttifaqında nə korrupsiya? -

31.08.2026 20:37 Mədəniyyət

Bakıya dolu yağacaq -

31.08.2026 20:31 Cəmiyyət

"Mercedes" ağaca çırpıldı: Dövlət qurumunun əməkdaşı həlak oldu

31.08.2026 17:14 Kriminal

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

31.08.2026 17:06 Ana səhifə

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı

31.08.2026 16:27 Cəmiyyət

Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var?

31.08.2026 15:34 Sosial

Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirirlər

31.08.2026 15:26 Cəmiyyət

Sənaye zonalarında istehsalın həcmi

31.08.2026 15:17 Ana səhifə

Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü keçirilir

31.08.2026 15:15 Ana səhifə

Tibbi müayinələr artıq bir platformada - “Ömür Checkup” fəaliyyətə başladı

31.08.2026 15:12 Sağlamlıq

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti

31.08.2026 15:01 Ana səhifə

Günel Cəlilova ad günündə yeni layihəsini elan etdi –

31.08.2026 14:58 Media

Vardanyanın arvadını 5 ilədək həbs gözləyir -

31.08.2026 14:46 Gündəm

Üç ildən sonra: Yenə “Zirə”

31.08.2026 14:29 İdman

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir -

31.08.2026 14:16 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək