Tibbi müayinələr artıq bir platformada - “Ömür Checkup” fəaliyyətə başladı
Ömür Check-Up” vətəndaşların profilaktik tibbi müayinələrə daha rahat və əlçatan şəkildə çıxışını təmin etmək məqsədilə fəaliyyət göstərən yeni layihədir.
Layihənin əsas məqsədi insanların yalnız hər hansı narahatlıq yarandıqdan sonra deyil, sağlamlıqlarını əvvəlcədən yoxlatdırmasına və mütəmadi tibbi nəzarətdə saxlamasına şərait yaratmaqdır.
“Ömür Check-Up” müxtəlif istiqamətlər üzrə hazırlanmış check-up paketlərini vətəndaşlara təqdim edir. Xidmətlərə terapevtik, uroloji, ginekoloji, qastroenteroloji, endokrinoloji, mammoloji və diabetik check-up paketləri daxildir.
Layihənin əsas üstünlüklərindən biri müxtəlif tibb müəssisələri ilə əməkdaşlıq modelidir. “Ömür Check-Up” ölkə üzrə fəaliyyət göstərən xəstəxana və tibb müəssisələri ilə əməkdaşlıq edərək vətəndaşların onlara daha yaxın tibb müəssisəsində uyğun check-up xidmətindən yararlanmasını hədəfləyir.
Check-up paketləri müxtəlif ehtiyaclara uyğun hazırlanır və daha əlçatan olması üçün xüsusi qiymətlərlə təqdim edilir. Kampaniyalar çərçivəsində bəzi paketlərə həkim qəbulu da ödənişsiz daxil edilir.
“Ömür Check-Up”ın əsas mesajı isə sadədir: sağlamlıqla bağlı problemi gözləməkdənsə, onu vaxtında yoxlamaq daha doğrudur.
Layihə qarşıdakı dövrdə əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artıraraq check-up xidmətlərini daha geniş auditoriya üçün əlçatan etməyi planlaşdırır.