Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommun...
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü
Media

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO

Xpress.az Redaksiyası 18.08.2026 17:29

Türkiyənin Balıkəsir şəhərində Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyəti (BGYC) tərəfindən mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə ictimaiyyətin doğru məlumatlandırılmasına və beynəlxalq media əlaqələrinin inkişafına töhfə verən mətbuat nümayəndələri mükafatlandırılıb.
Tədbirdə “Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər də yüksək mükafata layiq görülüb. O, Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyəti tərəfindən “Beynəlxalq Media və Kommunikasiya Mükafatı” (Uluslararası Medya ve İletişim Ödülü) ilə təltif edilib.

Qeyd olunub ki, A.Ələsgərə bu mükafat məhz Türk dünyasında media əməkdaşlığının inkişaf etdirilməsi, beynəlxalq kommunikasiya əlaqələrinin gücləndirilməsi və jurnalistika sahəsində ortaq mədəni dəyərlərin yaşadılmasına verdiyi qiymətli töhfələrə görə təqdim olunub.
Mükafatı azərbaycanlı jurnalistə Balıkesir Universitetinin rektoru, professor Yücel Oğurlu təqdim edib.



Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Balıkəsir üzrə millət vəkili Mustafa Canbey, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarə Heyətinin üzvü, professor Zakir Avşar, Mətbuat Elanları Qurumunun (Basın İlan Kurumu) İdarə Heyətinin sədri professor Edibe Sözen, Qurumun baş direktoru Abdulkadir Çay, Bursa bölgəsinin rəhbəri Gökhan Eren, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca və Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa iştirak ediblər.
Proqrama Türkiyənin müxtəlif vilayətlərinin jurnalist cəmiyyətlərinin rəhbərləri, yerli media nümayəndələri, eləcə də Azərbaycan və Özbəkistandan gələn jurnalistlər qatılıb.
Mərasimdə jurnalistika peşəsinin cəmiyyət həyatındakı önəmi vurğulanıb. Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyətinin 10 illik yubileyi çərçivəsində baş tutan bu tədbir Türkiyənin müxtəlif bölgələrindən və bütövlükdə Türk dünyasından olan media nümayəndələrini bir araya gətirməsi ilə yadda qalıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

01.09.2026 09:44 Siyasət

Mediaservis.az və SUALCAVAB.COM arasında rəsmi tərəfdaşlıq başladı

01.09.2026 09:30 Təhsil

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

31.08.2026 20:56 Cəmiyyət

Kinematoqrafçılar İttifaqında nə korrupsiya? -

31.08.2026 20:37 Mədəniyyət

Bakıya dolu yağacaq -

31.08.2026 20:31 Cəmiyyət

"Mercedes" ağaca çırpıldı: Dövlət qurumunun əməkdaşı həlak oldu

31.08.2026 17:14 Kriminal

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

31.08.2026 17:06 Ana səhifə

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı

31.08.2026 16:27 Cəmiyyət

Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var?

31.08.2026 15:34 Sosial

Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirirlər

31.08.2026 15:26 Cəmiyyət

Sənaye zonalarında istehsalın həcmi

31.08.2026 15:17 Ana səhifə

Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü keçirilir

31.08.2026 15:15 Ana səhifə

Tibbi müayinələr artıq bir platformada - “Ömür Checkup” fəaliyyətə başladı

31.08.2026 15:12 Sağlamlıq

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti

31.08.2026 15:01 Ana səhifə

Günel Cəlilova ad günündə yeni layihəsini elan etdi –

31.08.2026 14:58 Media

Vardanyanın arvadını 5 ilədək həbs gözləyir -

31.08.2026 14:46 Gündəm

Üç ildən sonra: Yenə “Zirə”

31.08.2026 14:29 İdman

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir -

31.08.2026 14:16 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək