Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Kolleclərə qəbul olunanların qeydiyyat müddəti
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti
Ana səhifə

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti UZADILDI

Xpress.az Redaksiyası 31.08.2026 15:01

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb.

Xpress.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesi sentyabrın 2-də saat 18:00-dək davam edəcək.

Xatırladaq ki, qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə "mygov ID" (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.

Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:

Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır;

Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər;

15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA Rəqəmsal İmza" ilə açmalıdırlar.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək