Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Günel Cəlilova ad günündə yeni layihəsini elan etd...
Günel Cəlilova ad günündə yeni layihəsini elan etdi –
Media

Günel Cəlilova ad günündə yeni layihəsini elan etdi – “Sehhet.info ilə yeni bir başlanğıcdayıq”

Xpress.az Redaksiyası 31.08.2026 14:58

Bu gün tanınmış jurnalist Günel Cəlilovanın doğum günüdür.
Jurnalist özəl günündə onu təbrik edən hər kəsə təşəkkür edib və eyni zamanda yeni media layihəsi – Sehhet.info ilə bağlı sevincini bölüşüb.
Günel Cəlilova sosial şəbəkə hesabında yazıb ki, bu il onun üçün ən böyük və dəyərli hədiyyə yeni saytının yaradılması və media reyestrində qeydiyyatdan keçməsi olub.
“Bu gün mənim üçün özəl gündür. Ad günüm münasibətilə zəng edən, mesaj yazan, xoş sözləri ilə məni sevindirən bütün dostlarıma, tanışlarıma və bu günümü xatırlayan hər kəsə ürəkdən təşəkkür edirəm. Göstərdiyiniz diqqət və səmimi təbriklər mənim üçün çox dəyərlidir”, – deyə jurnalist qeyd edib.
Günel Cəlilova bildirib ki, Sehhet.info onun üçün sadəcə yeni bir sayt deyil, uzun müddətdir üzərində düşündüyü və böyük ümidlərlə başladığı yeni yolun ilk addımıdır.
Onun sözlərinə görə, platformada sağlamlıq və tibb sahəsində ən vacib xəbərlər, həkimlərin peşəkar fikirləri, tibbi məlumatlar, eləcə də cəmiyyət üçün faydalı və maarifləndirici mövzular işıqlandırılacaq.
Jurnalist əsas məqsədin sağlamlıqla bağlı doğru, etibarlı və faydalı məlumatları oxuculara çatdırmaq olduğunu vurğulayıb.
Günel Cəlilova yeni layihəsinin fəaliyyətə başlamasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:
“Bu yolda yanımda olan, dəstəyini və xoş sözünü əsirgəməyən hər kəsə təşəkkür edirəm. Sehhet.info ilə yeni bir başlanğıcdayıq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək