Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir -
Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir -
Hadisə

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - SƏBƏB

Xpress.az Redaksiyası 19.08.2026 11:40

Nərimanov rayonunda, Fətəli Xan Xoyski küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində təhlükəsizlik siqnalı verilib.

Belə ki, ticarət mərkəzində qəfil təhlükəsizlik siqnalı işə düşüb və müştərilərin təxliyəsinə başlanılıb. Təxliyənin əvvəlcədən elan edilməməsi bəzi müştərilər arasında çaşqınlıq və narahatlıq yaradıb.

Ticarət mərkəzindən kənara çıxarılan şəxslər sonradan təxliyənin təlim xarakterli olduğunu anlayıblar.
Hadisə zamanı hər hansı real təhlükənin olub-olmadığı və təlimin hansı məqsədlə keçirildiyi ilə bağlı əlavə məlumat verilməyib.(Bakıvaxtı.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək