Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İsrail Türkiyəni müharibəyə cəlb edir:
İsrail Türkiyəni müharibəyə cəlb edir:
Ana səhifə

İsrail Türkiyəni müharibəyə cəlb edir: Bölgədə YENİ GƏRGİNLİK - FOTO

Xpress.az Redaksiyası 19.08.2026 12:13

“İsrailin baş naziri Benyamin Netanyahu odla oynayır. İsrailin Suriyanın İdlib vilayətində tərk edilmiş Əbu-Zuhur aviabazasına zərbə endirməsi bölgədə yeni gərginlik ocağı yaradıb. Netanyahu zərbəni belə izah edib ki, Suriya hakimiyyəti aviabazanı Türkiyənin ixtiyarına vermək istəyir, bu isə İsrailə təhlükə yaradır. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin zərbələrini Suriyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib”.

Xpress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Ankara haqlıdır və Suriyanın hansı ölkə ilə hərbi əməkdaşlığa üstünlük verməsi Dəməşqin müstəsna hüququdur: “İsrailin Türkiyə ilə münasibətlərində gərginlik var deyə, Dəməşq Ankara ilə hərbi sahədə əməkdaşlıq etməməlidir? İsrail Suriya ərazisində keçmiş SSRİ və Rusiyanın hərbi bazasına heç vaxt etiraz etməyib. İsrailin Türkiyə sərhədinə 72 kilometr məsafədə olan aviabazanın bombardman etməsi Prezident Rəcəb Tayyib Ərdoğanın da sərt açıqlamasına səbəb olub. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək”.

Politoloqun qənaətincə, Netanyahunun Türkiyə ilə gərginliyi artırması İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir: “Netanyahu ölkə içərisindəki mühafizəkarların səsini almaq üçün Türkiyə ilə münasibətlərdəki gərginliyi artırmaq yolunu seçib. İş o yerə çatıb ki, hakim “Likud” partiyası reklam lövhələrində Rəcəb Tayyib Ərdoğanın şəklini yerləşdirərək onu düşmən obrazında əks etdirib. Bu siyasət İsrailə yaxşı heç nə vəd etmir. Müxtəlif ölkələrlə münasibətlərdə problemi olan İsrailin bölgənin aparıcı ölkələrindən biri Türkiyə ilə gərginliyi artırması iki ölkə arasında toqquşma riskini artırır”.

E.Şahinoğlu vurğulayıb ki, Türkiyə Xarici İşlər Nazirliyinin son olayla bağlı bəyanatında beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə yönəlik çağırışı var: “Ağ Ev sahibi İranı ram etməyə çalışarkən, bölgədə İsrail-Türkiyə gərginliyinin alovlanması ABŞ-nin təhlükəsizlik maraqlarına cavab vermir. Təsadüfi deyil ki, ABŞ administrasiyası İsrail, Suriya və Türkiyə arasında münaqişələrin aradan qaldırılması mexanizmi yaratmaq üzərində işləyir. İsrail-Türkiyə gərginliyi Azərbaycanın da maraqlarına cavab vermir. Ancaq əgər İsrail Türkiyə ilə gərginliyi artırmaq yolunu seçibsə, Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyanat yaymasına ehtiyac yarana bilər”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək