Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu peşələrdə çalışanlar daha çox boşanır
Bu peşələrdə çalışanlar daha çox boşanır
Cəmiyyət

Bu peşələrdə çalışanlar daha çox boşanır - SİYAHI

Xpress.az Redaksiyası 24.08.2026 17:15

ABŞ-da 500-dən çox peşə üzrə aparılan araşdırmada boşanma göstəricisinin ən yüksək olduğu peşələr müəyyənləşdirilib. Siyahının ilk pilləsində səhiyyə xidmətləri üzrə mütəxəssislər qərarlaşıb.

Araşdırmaya əsasən, bu peşə qrupunda boşanma göstəricisi 48,3 faiz təşkil edir. İkinci yerdə 48 faizlə telemarketinq əməkdaşları, üçüncü yerdə isə 47,9 faizlə masaj terapevtləri qərarlaşıb. Dördüncü yerdə avtobus sürücüləri (47,8%), beşinci yerdə isə çap maşını operatorları (47,6%) yer alıb.

Araşdırmada yüksək göstəricilərin uzun və nizamsız iş saatları, növbəli rejim və stress kimi amillərlə əlaqəli ola biləcəyi qeyd edilir. Bununla belə, mütəxəssislər təkcə peşənin boşanmaya səbəb olmadığını, iş və şəxsi həyat arasındakı balansın da mühüm rol oynadığını vurğulayırlar.

Maraqlıdır ki, boşanma göstəricisinin ən aşağı olduğu peşələr arasında sığorta və risk analitikləri 14,2 faizlə ilk sıradadır. Onları fizika elmləri mütəxəssisləri (17,2%), informasiya texnologiyaları mütəxəssisləri (18,7%), proqram təminatı mütəxəssisləri (18,9%) və fizioterapevtlər (19%) izləyir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək