Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Paşinyan TRIPP-in marşrutunu açıqladı -
Paşinyan TRIPP-in marşrutunu açıqladı -
Ana səhifə

Paşinyan TRIPP-in marşrutunu açıqladı - Azərbaycandan Naxçıvana yol belə keçəcək

Xpress.az Redaksiyası 24.08.2026 15:39

Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsini qarşıdakı beş ilin əsas vəzifələrindən biri elan edib.

Xpress.az musavat.com-a istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyan layihənin Ermənistanın cənubunda, Araz çayı boyunca Nrnadzor-Aqarak xətti ilə keçəcəyini bildirib.

Marşrut Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Layihəyə dəmir və avtomobil yolları ilə yanaşı, elektrik xətləri, boru kəmərləri və rabitə kabelləri də daxil ola bilər.

Paşinyan TRIPP ərazisində xarici hərbi və silahlı qüvvələrin yerləşdirilməsinin nəzərdə tutulmadığını, marşrutun Ermənistanın suverenliyi və qanunları çərçivəsində işləyəcəyini deyib.

Layihəni idarə edəcək şirkətdə ABŞ-nin payı 74, Ermənistanın payı isə 26 faiz olacaq. Paşinyan TRIPP-i Ermənistan və region üçün “100 illik tarixi fürsət” adlandırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək