Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Turizm Azərbaycanın turizm potensialı Malayziyada təqdim...
Azərbaycanın turizm potensialı Malayziyada təqdim edilib
Turizm

Azərbaycanın turizm potensialı Malayziyada təqdim edilib

Xpress.az Redaksiyası 24.08.2026 10:11

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) və turizm sənayesinin 4 yerli tərəfdaşı Malayziyanın Saravak ştatının Kuçinq şəhərində keçirilən "PATA Travel Mart (PTM) 2026" beynəlxalq turizm sərgisində ölkəmizi təmsil edib.

Xpress.az Agentliyə istinadən xəbər verir ki, Asiya-Sakit Okeanı regionunun aparıcı turizm tədbirlərindən biri olan sərgidə Azərbaycan milli stendlə təmsil olunub. Tədbir çərçivəsində ölkəmizin turizm imkanları və məhsulları xarici bazarların nümayəndələrinə təqdim edilib, potensial tərəfdaşlarla işgüzar görüşlər keçirilib.

"PATA Travel Mart 2026" istirahət, lüks və işgüzar tədbirlər (MICE) sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirib. Avropa, MDB, Cənubi və Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şərqi Asiya, Afrika və Sakit okean regionlarından olan iştirakçılar arasında turizm agentlikləri, turoperatorlar və digər sektor nümayəndələri yer alıb.

Sərgi çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm məhsullarının müxtəlif bazarlarda tanıdılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin ATB yerli tərəfdaşlarla birgə Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən "World Islamic Tourism & Trade Expo (WITEX 2026)" tədbirində iştirak edib

"Malayziya Turizm Agentlikləri Assosiasiyası"nın (MATA) təşkil etdiyi "WITEX 2026" tədbirində hökumət nümayəndələri, turizm sektorunun aparıcı şirkətləri və beynəlxalq bazar iştirakçıları bir araya gəlib. Tədbir çərçivəsində islam iqtisadiyyatı çərçivəsində turizm sahəsində əməkdaşlıq imkanları, turizm üçün nəzərdə tutulan proqram təminatı məhsullarının inkişafı istiqamətində yeniliklər, eləcə də yerli və beynəlxalq təchizatçılarla əlaqələrin qurulması məsələləri diqqət mərkəzində olub.

Tədbirdə, həmçinin halal turizmin inkişafı ilə bağlı məsələlər müzakirə olunub, müxtəlif istiqamətlərdən turizm şirkətləri və destinasiyalar tərəfindən təqdim olunan halal səyahət təcrübələri, məhsul və xidmətlər nümayiş etdirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək