Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Tarixi yaddaşın izi ilə: Milli Azərbaycan Tarixi M...
Tarixi yaddaşın izi ilə: Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb
Mədəniyyət

Tarixi yaddaşın izi ilə: Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb

Xpress.az Redaksiyası 22.08.2026 08:25


Milli Azərbaycan Tarixi Muzeyində 1944-cü il deportasiyasının acı həqiqətlərinə və bu qədim xalqın mübarizə tarixinə həsr olunan “Ahıska türkləri – itmiş sürgünün izində” adlı sərginin açılış mərasimi keçirilib.

Xpress.az xəbər verir ki, açılış mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov və digər rəsmi şəxslər iştirak ediblər. Qonaqlar bu cür təşəbbüslərin iki ölkə arasındakı strateji müttəfiqliyi və tarixi yaddaşı yaşatmaq baxımından əvəzsiz olduğunu qeyd ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin və xalqının hər zaman Ahıska türklərinə qucaq açdığını, onların ölkəmizin müxtəlif bölgələrində – Saatlıda, Sabirabadda, Şəmkirdə, Gəncədə, Qubada və Xaçmazda rahat məskunlaşması üçün şərait yaratdığını vurğulayıblar.

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) təşkilatçılığı ilə ərsəyə gələn ekspozisiya xalqın yaşadıqları faciələri, qürurlu müqavimətini və zəngin mədəni irsini əks etdirən nadir tarixi sənədlər, unikal fotoşəkillər və canlı şahidliklərlə zəngindir.

Layihənin məqsədi təkcə ötən əsrin ağrılı səhifələrini xatırlatmaq deyil, həm də Ahıska türklərinin mədəni kimliyini gələcək nəsillərə ötürmək, onların ana vətən sevgisini və qayıdış ümidlərini geniş ictimaiyyətə çatdırmaqdır. İstanbuldakı uğurlu təqdimatından sonra sərginin məhz Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə paytaxtımıza gətirilməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə dəmir yolu çərçivəsində parçalanan coğrafiyaların bu gün eyni relslər üzərindən birləşməsi qardaşlıq bağlarının möhkəmliyini bir daha nümayiş etdirir.

Sərgi avqustun 21–28-də Milli Azərbaycan Tarixi Muzeyində hər kəs üçün açıq olacaq. Bakıdan sonra isə ekspozisiya səfərini davam etdirərək noyabrın 14-də – sürgünün ildönümündə Ankarada keçiriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək