Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda çoxunun evində var:
Azərbaycanda çoxunun evində var:
Cəmiyyət

Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar – FOTO

Xpress.az Redaksiyası 25.08.2026 08:15

Vaxtilə Azərbaycanın ən böyük nominallarından sayılan 50 min manatlıq əskinas bu gün də dəyərini saxlayır.

Bu barədə gənc numizmat Fərha M. fikirlərini bölüşüb.

O bildirib ki, bu əskinas ilk dəfə 1996-cı ildə tədavülə buraxılıb və 2006-cı ilə qədər dövriyyədə olub. Əskinasın eni 32, uzunluğu isə 66 millimetrdir. Milli Bankın sifarişi ilə 1995-ci ildə İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilib.

Əsas rəngi yaşıl olan əskinasın ön tərəfində Naxçıvan memarlığının məşhur abidəsi – Möminə Xatun türbəsinin təsviri, arxa tərəfində isə milli ornamentlərlə bəzədilmiş çərçivədə nominal dəyəri həm rəqəmlə, həm də sözlə göstərilib.

Onu da qeyd edək ki, Azərbaycan əskinaslarında ilk dəfə məhz 5 min manatlıq əskinasda seriya nömrələri iki fərqli rəngdə verilib: solda qırmızı, sağda isə qara.

Bəs bu əskinas hazırda nə qədər qiymətləndirilir?

Ölkə daxilində kolleksiyaçılar arasında qiymət əskinasın vəziyyətindən asılı olaraq dəyişir. Dövriyyədə olmuş, orta və yaxşı vəziyyətdə olan nümunələr təxminən 15-20 manata satılır.

Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə 140-160 manat arasında dəyişə bilər. AA, AC və BA prefiksli, eləcə də qeyri-adi seriya nömrələrinə malik əskinasların qiyməti daha yüksək ola bilər.

Xaricdə, xüsusilə onlayn hərraclarda isə qiymətlər daha yüksəkdir. Məsələn, dövriyyədə olmamış 1995-ci il nümunələrindən biri iyunun 21-də “eBay” hərracında 149 dollara, yəni təxminən 253 manata satılıb.(Globalinfo.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? –

25.08.2026 09:15 Cəmiyyət

Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq -

25.08.2026 08:54 Cəmiyyət

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

25.08.2026 08:31 Təhsil

Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif

24.08.2026 21:34 Cəmiyyət

backend "Camaatın balasını öldürdüm" -

24.08.2026 20:59 Cəmiyyət

İşini itirənlərin kredit borcu necə olacaq?

24.08.2026 20:26 Cəmiyyət

Prezidentin Özbəkistan səfəri başa çatdı

24.08.2026 20:14 Dünya

“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” –

24.08.2026 19:03 Cəmiyyət

Ali məktəblərə qəbulun nəticələri

24.08.2026 18:39 Təhsil

Bu peşələrdə çalışanlar daha çox boşanır

24.08.2026 17:15 Cəmiyyət

“Yanardağ” qoruğunu ziyarət edənlərin

24.08.2026 16:30 Ana səhifə

Direktor müavinlərinin işə qəbulu üzrə

24.08.2026 15:47 Ana səhifə

Paşinyan TRIPP-in marşrutunu açıqladı -

24.08.2026 15:39 Ana səhifə

Xarici pasportu olanlara

24.08.2026 15:16 Cəmiyyət

“Öz əməlimlə, öz işimlə həmişə verdiyim sözün üstündə durmuşam” -

24.08.2026 14:07 Müsahibə

Özbəkistan prezidentinin İlham Əliyevin səfəri ilə bağlı maraqlı PAYLAŞIMI

24.08.2026 13:17 Cəmiyyət

Ali məktəblərə qəbulun nəticələri nə vaxt açıqlanacaq?

24.08.2026 12:50 Təhsil

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

24.08.2026 11:51 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək