Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Basqalda musiqi və sənətkarlıq festivalı keçirilib...
Basqalda musiqi və sənətkarlıq festivalı keçirilib -
Ana səhifə

Basqalda musiqi və sənətkarlıq festivalı keçirilib - FOTO

Xpress.az Redaksiyası 25.08.2026 10:08

Azərbaycanın qədim və zəngin mədəni irsə malik Basqal qəsəbəsində “Basqal Musiqi və Sənətkarlıq Festivalı” keçirilib.

Xpress.az xəbər verir ki, festival Basqalın tarixi-mədəni mühitində musiqi, sənətkarlıq və turizmi bir araya gətirərək həm yerli sənətkarların yaradıcılığının nümayişinə, həm də qəsəbənin turizm potensialının tanıdılmasına mühüm töhfə verib.

Tədbir çərçivəsində iştirakçılar müxtəlif musiqi proqramlarını, sənətkarlıq nümunələrini və Basqalın özünəməxsus mədəni atmosferini yaxından yaşamaq imkanı əldə ediblər.

Festivalda gənc rəssam Aydan Abdullazadənin və tələbələrinin rəsm əsərləri nümayiş etdirilib. Sərgidə təqdim olunan əsərlər gənc istedadların yaradıcılıq imkanlarını nümayiş etdirməklə yanaşı, festivalın sənət və yaradıcılıq istiqamətini də zənginləşdirib.

Tədbirdə, həmçinin Göyçay Gənclər Evinin əməkdaşları və könüllüləri tərəfindən rəqs nümunələri təqdim olunub. Milli rəqs nümunələri festivalın musiqi və mədəni proqramına xüsusi rəng qataraq iştirakçılara Azərbaycan xalqının zəngin folklor ənənələrini nümayiş etdirib.

Festival Basqalın tarixi-mədəni irsinin qorunması, yaradıcı gənclərin və sənətkarların fəaliyyətinin dəstəklənməsi, eləcə də mədəni tədbirlərin turizmin inkişafına inteqrasiyası baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək