Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qarabağ və Şərqi Zəngəzura yerli turizm sənayesi n...
Qarabağ və Şərqi Zəngəzura yerli turizm sənayesi nümayəndələrinin tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Qarabağ və Şərqi Zəngəzura yerli turizm sənayesi nümayəndələrinin tanışlıq səfəri təşkil olunub

Xpress.az Redaksiyası 26.08.2026 13:16

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 24-25 avqust tarixlərində 50 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.

Xpress.az xəbər verir ki, səfərin əsas məqsədi iştirakçıları Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, zəngin mədəni-tarixi irsi, təbii turizm resursları, mövcud turizm infrastrukturu və formalaşmaqda olan yeni turizm məhsulları ilə yaxından tanış etmək olub.

Təcrübə əsaslı proqram çərçivəsində iştirakçılar regionun müxtəlif turizm məkanlarına səfər edərək, yerli qonaqpərvərlik imkanları ilə tanış olub və turizm marşrutlarına daxil edilə biləcək təcrübələr barədə ətraflı məlumat əldə ediblər.

Tanışlıq səfəri turizm sənayesi nümayəndələrinin praktiki biliklərinin artırılmasına, yeni turizm məhsullarının hazırlanmasına və regionla bağlı gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə şərait yaradıb.

Yerli turizm sənayesi nümayəndələrinin Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə tanış edilməsi məqsədilə bu formatda səfərlərin davam etdirilməsi nəzərdə tutulur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək