Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Sea Breeze Construction” şirkətinin dövlətə vergi...
“Sea Breeze Construction” şirkətinin dövlətə vergi borcu yaranıb
İqtisadiyyat

“Sea Breeze Construction” şirkətinin dövlətə vergi borcu yaranıb

Xpress.az Redaksiyası 31.08.2026 09:49

“Sea Breeze Construction” Məhdud Məsuliyyətli Cəmiyyətin dövlətə borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda fəaliyyət göstərən və əsasən tanınmış iş adamı Emin Ağalarova məxsus irimiqyaslı Sea Breeze Resort layihəsinin tikinti və infrastruktur işlərini həyata keçirən əsas podratçı şirkətlərdən biri olan “Sea Breeze Construction”ın 79 min manat vergi borcu yığılıb.

Qeyd edək ki, şirkət Bakı şəhəri, Sabunçu rayonu, Nardaran şossesi ünvanında hüquqi qeydiyyatdan keçib. Son illərdə həm Xəzər sahili kurort zonasında premium daşınmaz əmlakın inşasını davam etdirir, həm də işğaldan azad edilmiş ərazilərdə dövlət əhəmiyyətli genişmiqyaslı tikinti layihələrinin qalibi qismində çıxış edir.

Belə ki, “Sea Breeze Construction”ın əsas fəaliyyəti Bakıda 1000 hektardan çox ərazini əhatə edən kurort şəhərciyinin inşasıdır. Bura çoxmənzilli premium yaşayış kompleksləri, otellər, villalar və müxtəlif əyləncə-iaşə obyektlərinin tikintisi daxildir.

"Sea Breeze Construction" Qarabağ və Şərqi Zəngəzurun da bərpası üzrə dövlət tenderlərində fəal iştirak edir. Şirkət Qubadlı şəhərində müasir yaşayış məhəlləsinin tikinti-quraşdırma işləri üzrə 34.4 milyon manatlıq dövlət tenderinin qalibi seçilib.

Şirkət Qarabağ bölgəsində 2 kəndin tam olaraq yenidən tikilməsi və infrastrukturunun qurulması məqsədilə təxminən 112 milyon manat dəyərində iri müqavilələr əldə edib.

Nizamnamə kapitalı 50 manat olan şirkətin direktoru Elbəy Rzayevdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək