Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Tədris Cərrahiyyə Klinikasında it dişləməsi nəticə...
Tədris Cərrahiyyə Klinikasında it dişləməsi nəticəsində zədələnmiş burun uğurla bərpa olunub
Sağlamlıq

Tədris Cərrahiyyə Klinikasında it dişləməsi nəticəsində zədələnmiş burun uğurla bərpa olunub

Xpress.az Redaksiyası 31.08.2026 12:59

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) ağır travmanın aradan qaldırılması məqsədilə növbəti mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub. Bu dəfə də it dişləməsi nəticəsində burun nahiyəsində ciddi toxuma itkisi yaranan pasiyent Klinikaya  müraciət edib. 
Burunun *böyük* hissəsinin itirilməsi ilə nəticələnən travma pasiyentin həm xarici görünüşünə, həm də burun funksiyalarına ciddi təsir göstərib. Burun strukturunun və funksiyasının bərpası üçün pasiyentə mərhələli rekonstruktiv əməliyyat tətbiq olunub.
Əməliyyat Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə, plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.
Cərrahi müdaxilə zamanı burunun itirilmiş hissəsinin bərpası üçün müasir rekonstruktiv cərrahiyyə üsullarından istifadə edilib. Burun toxumalarının bərpası zamanı supratroxlear arteriya əsaslı paramedian forehead flap və otogen kompozit qreftdən ibarət rekonstruktiv yanaşma tətbiq olunub. Rekonstruksiya nəticəsində zədələnmiş burun toxumalarının anatomik bütövlüyünün bərpasına nail olunub.
Əməliyyatın əsas məqsədi yalnız pasiyentin xarici görünüşündə yaranmış defekti aradan qaldırmaq deyil, eyni zamanda burunun funksional imkanlarını da mümkün qədər bərpa etmək olub.
Bu uğurlu əməliyyat Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz travmalarının müalicəsi, itirilmiş toxumaların bərpası və rekonstruktiv cərrahiyyə imkanlarının uğurla tətbiqini nümayiş etdirir. 
Qeyd edək ki, bu, TCK-da  it dişləməsi nəticəsində burun nahiyəsində yaranmış geniş toxuma defektinin rekonstruksiyası ilə bağlı həyata keçirilən ilk belə əməliyyat deyil. Bir müddət əvvəl də oxşar mürəkkəb rekonstruktiv əməliyyat həkimlərimiz tərəfindən uğurla icra olunmuşdu.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

"Bravo"dan yağ oğurlayan şəxs həbs edildi

01.09.2026 10:27 Cəmiyyət

Xəstəxanaya yerləşdirilən məktəb direktoru vəfat etdi - Foto

01.09.2026 10:06 Cəmiyyət

Bişkekdə İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb -

01.09.2026 10:04 Siyasət

Mediaservis.az və SUALCAVAB.COM arasında rəsmi tərəfdaşlıq başladı

01.09.2026 09:30 Təhsil

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

31.08.2026 20:56 Cəmiyyət

Kinematoqrafçılar İttifaqında nə korrupsiya? -

31.08.2026 20:37 Mədəniyyət

Bakıya dolu yağacaq -

31.08.2026 20:31 Cəmiyyət

"Mercedes" ağaca çırpıldı: Dövlət qurumunun əməkdaşı həlak oldu

31.08.2026 17:14 Kriminal

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

31.08.2026 17:06 Ana səhifə

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı

31.08.2026 16:27 Cəmiyyət

Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var?

31.08.2026 15:34 Sosial

Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirirlər

31.08.2026 15:26 Cəmiyyət

Sənaye zonalarında istehsalın həcmi

31.08.2026 15:17 Ana səhifə

Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü keçirilir

31.08.2026 15:15 Ana səhifə

Tibbi müayinələr artıq bir platformada - “Ömür Checkup” fəaliyyətə başladı

31.08.2026 15:12 Sağlamlıq

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti

31.08.2026 15:01 Ana səhifə

Günel Cəlilova ad günündə yeni layihəsini elan etdi –

31.08.2026 14:58 Media

Vardanyanın arvadını 5 ilədək həbs gözləyir -

31.08.2026 14:46 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək