Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Sumqayıt Tibb Mərkəzində hemofiliya ilə bağlı elmi...
Sumqayıt Tibb Mərkəzində hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Sağlamlıq

Sumqayıt Tibb Mərkəzində hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib

Xpress.az Redaksiyası 23.08.2026 13:16

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə Sumqayıt Tibb Mərkəzində elmi-praktik seminar keçirilib.
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusuna həsr olunan seminarın məqsədi hemofiliyanın müalicəsində həkim və tibb bacılarının bilik və bacarıqlarının artırılması, müasir yanaşmaların tətbiqinin təşviq edilməsi olub.
Tədbirdə giriş nitqi ilə çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Namiqə Abbasova mövzunun aktuallığını vurğulayıb və seminarın işinə uğurlar arzulayıb.
Daha sonra Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov “Beynəlxalq təcrübəyə əsaslanan evdə müalicənin tətbiqi və faydası”, Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Ələmdar Cəfərzadə “Hemofiliyanın multidisiplinar müalicə modeli”, Sumqayıt Hospitalının baş tibb bacısı Mirvarid Siracova “Hemofiliyanın müalicəsində tibb bacısının rolu”, MediClub Təcili Təxirəsalınmaz Tibbi Yardımın həkim-terapevti Mətin Mahmudov isə “Xarici və daxili qanaxmalar zamanı təcili tibbi yardım” mövzularında çıxış ediblər.
Seminarın sonunda qanaxmalar zamanı ilkin müdaxilə ilə bağlı praktiki nümayişlər keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Layihənin əsas məqsədi hemofiliyanın ev şəraitində müalicə və profilaktika modelini təşviq etmək, pasiyentlərin həyat keyfiyyətini yüksəltmək, uşaqların fiziki məhdudiyyət və əlillik yaranmadan sağlam böyüməsinə töhfə verməkdir.


Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək