Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Modinin Əliyevdən sonra Özbəkistana səfərinin
Modinin Əliyevdən sonra Özbəkistana səfərinin
Ana səhifə

Modinin Əliyevdən sonra Özbəkistana səfərinin PƏRDƏARXASI - FOTO

Xpress.az Redaksiyası 31.08.2026 13:01

“Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Özbəkistana Hindistanın baş naziri Narendra Modi səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Narendra Modi ilə görüşdə Hindistanı ölkəsi üçün vacib və perspektivli strateji tərəfdaş kimi qiymətlənirib. Şavkat Mirziyoyev Narendra Modiyə Özbəkistanın ali mükafatını təqdim edib”.

Xpress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Şavkat Mirziyoyev Narendra Modi ilə əməkdaşlığın bütün istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparıb: “Liderlər hərtərəfli strateji tərəfdaşlığı gücləndirmək barədə, o cümlədən qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dollar civarındadır. Deməli, iki ölkə yaxın 3-4 ildə müxtəlif ortaq layihələr reallaşdırmalıdır ki, ticarət mübadiləsini 5 dəfə artıra bilsinlər. Təsadüfi deyil ki, son bir neçə ildə müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Özbəkistanla Hindistan arasında təyyarə uçuşlarının sayının artması isə turizmin inkişafına təkan vermək məqsədi daşıyır. Ümumilikdə liderlər Daşkənddə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən xeyli sənəd imzalayıblar”.

Politoloqun qənaətincə, Özbəkistan Hindistanla siyasi əlaqələri inkişaf etdirməklə yanaşı hökumətlərarası komissiyanın fəaliyyətini gücləndirməyə də qərar verib: “Liderlər əməkdaşlığın perspektivli sahələri kimi enerji, elektrotexnika, metallurgiya, vacib minerallar, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı və zərgərlik sənayesinin inkişafını göstəriblər. Liderlər ümumi sözlərlə kifayətlənməyərək vurğuladıqları hər bir prioritet sahə üçün konkret icra mexanizmləri, məsul şəxslər və son tarixlər göstərilməklə hökumətlərinə ayrıca “yol xəritələri” hazırlamağı göstəriş veriblər. İki ölkənin lideri beynəlxalq və regional, o cümlədən BMT, Şanşay Əməkdaşlıq Təşkilatı, BRİCS təşkilatlar çərçivəsində koordinasiyanın vacibliyini də vurğulayıblar”.

E.Şahinoğlu vurğulayıb ki, Hindistanın baş nazirinin Özbəkistana səfəri xeyli müddətdir hazırlanırdı: “Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov bu məqsədlə avqustun əvvəlində Hindistana 4 günlük səfər etmişdi. Hindistan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə qərar verib. Yeni Dehli bu mənada Mərkəzi Asiyada marağı olan rəqibi Çindən geri qalmaq istəmir. Öz növbəsində Özbəkistan Hindistanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır. Hazırda Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Hindistan əczaçılıq məhsulları, mühəndislik malları, nəqliyyat vasitələrinin komponentləri, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş camış əti ixrac edir, eyni zamanda Özbəkistandan meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Özbəkistan Hindistana Mərkəzi Asiyada möhkəmlənmək üçün lokomotiv rolunu oynamaq funskiyasını öz üzərinə götürüb. Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək