Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Nərimanovun faytonu, ən qədim samovar, qızıl-gümüş...
Nərimanovun faytonu, ən qədim samovar, qızıl-gümüş əşyalar:
Ana səhifə

Nərimanovun faytonu, ən qədim samovar, qızıl-gümüş əşyalar: 101 yaşlı muzeydən FOTOREPORTAJ

Xpress.az Redaksiyası 04.09.2026 10:40

1925-ci ildə yaradılan Şəki Tarix-Diyarşünaslıq Muzeyi Şəki Qala divarları daxilində, XIX əsrə aid tarixi binada yerləşir. Binada 2022-2024-cü illərdə bərpa işləri aparılıb.

Xpress.az PhotoStock.az-a istinadla xəbər verir ki, muzeyin fondunda 5 000-dən çox maddi-mədəniyyət nümunəsi toplanıb, onların 2 000-dən çoxu nümayış etdirilir.

İnfrastruktur giriş hissəsi, dörd sərgi zalı, rəsm qalereyası, suvenir mağazası və inzibati korpusdan ibarətdir.

Birinci sərgi zalı qədim dövrdən XIX əsrin əvvəlinədək olan arxeoloji və tarixi irsi əhatə edir. Burada Şəkinin qədim dövrlərindən Qafqaz Albaniyasına qədərki arxeoloji irsi və abidələri, Qafqaz Albaniyası dövründən başlamaqla orta əsrlərdən Şəki xanlığının süqutuna qədər (XIX əsrin əvvəlləri) maddi-mədəni və tarixi irsi ətraflı nümayiş etdirilir. Burada sərgilənən 5 müxtəlif nehrə 9 min il ərzində nehrənin Azərbaycanda təkamül prosesini əyani şəkildə müşahidə etməyə imkan verir. Bu zonada nümayiş etdirilən saxsı qablar öz unikal formaları, heyvan və insanabənzər formaları ilə diqqəti cəlb edir. Burada tısbağa formalı zoomorf qab xüsusilə maraqlıdır. E.ə. I minilliyin əvvəllərinə aid, tısbağa formalı saxsı dolça 2017-ci ildə Şəki rayonu Küdürlü kəndinin yaxınlığında, Cüyürlü meşəsinin ərazisində aşkar edilmişdir.

Digər stendlərdə, Azərbaycanda tunc, dəmir və antik dövrə aid qədim dekorativ nümunələr, bəzək əşyaları nümayiş etdirilir. Mərkəzi hissədə nümayiş etdirilən, taxıl saxlamaq üçün istifadə edilən iri küpün 500 kq tutumu var. Bu küp VII-VIII əsrlərdə Şəki rayonunun Zəyzid kəndi ərazisində istehsal edilib.

Şəki ərazisində aşkar edilmiş və Sasanilər dövrünə aid olan gümüş sikkələrdən ibarət dəfinə, Azərbaycanın orta əsr hərb tarixinə aid qalxan, qılınc, toppuz, dəmir qoruyucu maska və s. xüsusilə diqqəti cəlb edir. Dünyanın ən qədim samovarı ünvanına sahib olan saxsı samovar, orta əsr sufi dini-mənəvi irsinə aid olan maddi-mədəniyyət nümunələri öz unikallığı ilə seçilir.

Muzeyin birinci zalında Şəkidə orta əsrlərdə dini inanclarla bağlı əşyalar (təsbehlər, təbərzin, kəşküllər) da nümayiş etdirilir. Bu stenddə dərvişlər və orta əsr sufi inancı haqqında ümumiləşdirilmiş məlumatlar, kəhrəba, ağac və əqiq materialından hazırlanmış dini əşyalar haqqında məlumatlar verilir. Müxtəlif sufi təriqətlərinə aid baş geyimləri, Azərbaycanın orta əsr dövlətlərinə aid olan tarixi məktublar, yazışmalar və möhürlər də burada xüsusilə diqqəti cəlb edir. 

Birinci sərgi zalının son hissəsi Şəki xanlığının tarixinə həsr edilib. Şəki xanlığının ordusunda istifadə edilmiş odlu silahlar, barıt qabları burada nümayiş edilir. Məlumdur ki, XVIII əsrdə Şəki Qafqazda keyfiyyətli tüfəng istehsalı ilə məşhurlaşmış bölgə idi. Qarabağ xanının vəziri Molla Pənah Vaqif, 1770-ci illərdə Şəki xanı Məhəmmədhüseyn xana şeir yazaraq ondan şəkili ustaların düzəltdiyi bir tüfəng hədiyyə istəyib. Şəki xanı isə ona qızıl suyu ilə bəzəkli tüfəng hədiyyə edib və bu barədə Vaqifə şeir göndərib. Muzeyin bu hissəsində həmin tarixi əlaqə barədə məlumatlar, həmçinin Hacı Çələbi xan və digər Şəki xanları haqqında geniş məlumatlar öz əksini tapıb.

İkinci sərgi zalı Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən yüzlərlə digər eksponat nümayiş etdirilir. At və ondan istifadə haqqında etnoqrafik məlumatlar burada öz əksini tapmışdır. Burada ata aid yəhər, çul, qamçı, tarixi at bəzək əşyaları nümayiş etdirilir. At ilə bağlı dəmirçilik əşyaları, nal və üzəngi haqqında məlumatlara da xüsusi diqqət ayrılır.

Burada Şəkidə sənətkarlığın bəzi sahələrinə aid əşyalar (dəriişləmə və s.), həmçinin Şəki xanlığı dövründə yaşamış bəylərə, bir sıra tarixi şəxsiyyətlərə aid baş daşları nümayiş etdirilir. Bu baş daşlarının hər birinin yanında kimə aid olması haqqında məlumatlar öz əksini tapır. Bu baş daşları öz incə işləmələri, üzərindəki naxışları ilə seçilir. Xüsusilə, Fətəli xan Xoyskinin bacısına aid olan qəbir daşı xüsusilə diqqətçəkicidir.

Muzeyin bu hissəsində Şəkinin orta əsr mədrəsələrində tədris vasitəsi kimi istifadə edilmiş qədim əlyazmalar, rəhillər nümayiş olunur. Kitablar həm dini, həm də dünyəvi mövzuları əhatə etməklə Şəkinin qədim irsinə güzgü tutur. Mərkəzi vitrində isə Şəkinin mətbəxinə həsr edilmiş nümunələrin mulyajları sərgilənir.

Üçüncü sərgi zalında Şəkidə ənənəvi evlərin interyerinə aid dekorativ memarlıq elementləri və məişət-ev əşyaları nümayiş olunur. Burada şəbəkə pəncərələr, buxarı, güzgü, lampalar sərgilənir. Ənənəvi Şəki evlərinə aid darvazanın üzərində bütün memarlıq elementlərinə, xüsusilə təqqülbab adlanan dəmir qapı zənglərinə rast gəlinir. Qapı aksesuarları olan dəmirçilik əşyaları, Şəki evlərinin interyerinə aid buxarı, pəncərənin dəmir çərçivəsi də xüsusi gözəlliyi ilə diqqəti cəlb edir.

Dördüncü sərgi zalında Şəkinin ipəkçilik irsinə aid olan baramanın açılma prosesi və kəlağayı istehsalına aid əşyalar nümayiş olunur. İpəkçilik tarixinə aid məlumatlar və bunun regional ticarətdə rolunu əks etdirən məlumatlar əsas vitrində sərgilənir.

Muzeyin çıxış hissəsində yerləşən qalereya və suvenir zalında rəsm əsərləri, ev maketləri nümayiş etdirilir. Azərbaycan SSR-nin rəhbərlərindən olan Nəriman Nərimanovun 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə gələrkən nəqliyyat vasitəsi kimi istifadə etdiyi fayton da burada sərgilənir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları Efiopiyada, Madaqaskarda, İordaniyada, Pakistanda keçirilən sərgilərdə nümayiş etdirilib. Muzey Tümen vilayətinin Xantı-Mansiysk şəhərində yerləşən “Çelovek i priroda” muzeyi ilə əməkdaşlıq edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək