Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Sankt-Peterburqda mədəni-maarifləndirici tədbir ke...
Sankt-Peterburqda mədəni-maarifləndirici tədbir keçiriləcək
Mədəniyyət

Sankt-Peterburqda mədəni-maarifləndirici tədbir keçiriləcək

Xpress.az Redaksiyası 04.09.2026 19:23

Sankt-Peterburqda Azərbaycanın qədim və zəngin mədəniyyətini yaşadan “Kəlağayı: Azərbaycanın mədəni irsinin ipək rəmzi” adlı mədəni-maarifləndirici tədbiri keçiriləcəkdir.

Bu barədə tədbirin təşkilatçısı “Xan qızı Natəvan” adına Dünya Azərbaycan Qadınları İctimai Birliyinin rəhbəri Könül Abbasova bildirib. Onun sözlərinə görə, tədbir “Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatı (AzNKA LO) və Rusiya Milli Kitabxanasının birgə əməkdaşlıq çərçivəsində və “Yeləni”, “Xan qızı Natəvan” adına “Dünya Azərbaycan İctimai Qadınlar Birliyi”, “Sankt-Peterbur Azərbaycan Dostluq və  Əməkdaşlıq  İctimai Birliyi”, “Simurq”, “Gənclər birliyi” ictimai təşkilatlarının, həmçinin “Naz” rəqs ansanblının dəstəyi ilə baş tutacaqdır.

Kəlağayı sadəcə bir baş örtüyü deyil, nəsillərdən-nəsillərə ötürülən, naxışlarında dərin fəlsəfə və tarix gizlədən, YUNESKO-nun “Qeyri-maddi mədəni irs” siyahısına daxil edilmiş unikal bir sənət əsəridir.

Sankt-Peterburq şəhəri Rusiya Milli Kitabxanasında sentyabrın 19-da saat 17:00 – 20:00 keçiriləcək tədbirdə milli kəlağayı sənətini yaşadan “Yeləni” brendinin təsisçisi və tədqiqatçısı Nigar Həziyevanın kəlağayı kolleksiyasının nümayişi, kəlağayının yaranma tarixi və Böyük İpək Yolu ilə bağlılığı, üzərindəki bədii simvolların, butaların və mənəvi dəyərlərin izahı, eləcə də, Azərbaycan mədəniyyətinin rəngarəngliyini əks etdirən xüsusi təqdimatların, müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, giriş ödənişsizdir.

“Rusiya xalqlarının birliyi ili” çərçivəsinə töhfə olan bu xüsusi gecədə milli irsimizin bir parçası olmaq və bu gözəlliyi birlikdə paylaşmaq üçün hər birinizi dəvət edirik!

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

19 aptekdə qayda POZUNTUSU -

05.09.2026 09:03 Cəmiyyət

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 19:09 Cəmiyyət

Bir imza ilə hər şeyinizi itirə bilərsiniz –

04.09.2026 17:13 Cəmiyyət

Samuxda ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib

04.09.2026 16:47 Cəmiyyət

Məcburi köçkün məktəbləri

04.09.2026 15:59 Cəmiyyət

Bakıda göz rəngini dəyişdirdi, görməsi zəiflədi

04.09.2026 15:40 Cəmiyyət

DİQQƏT! Güzəştli mənzillər satışa

04.09.2026 15:19 Cəmiyyət

Biləcəri sakinlərinin

04.09.2026 15:07 Cəmiyyət

Bakıda 2 yaşlı uşağa işgəncə veriblər - "Kayu" bağçasından ŞİKAYƏT

04.09.2026 13:30 Gündəm

Dəmiryol vağzallarında tualetlərlə bağlı yeni tələb:

04.09.2026 12:56 Cəmiyyət

Şəhid ailələrindən olan uşaqların iştirakı ilə “Meşədə nağıl” tamaşası nümayiş etdirilib

04.09.2026 12:36 Təhsil

Xaricdən gətirilən avtomobillərlə bağlı

04.09.2026 12:05 Cəmiyyət

Nərimanovun faytonu, ən qədim samovar, qızıl-gümüş əşyalar:

04.09.2026 10:40 Ana səhifə

Bakıda məşhur bazar köçürülür

04.09.2026 10:32 Cəmiyyət

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək -

04.09.2026 10:19 Cəmiyyət

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

04.09.2026 10:16 İqtisadiyyat

Rusiyaya göndərilən soğanın içindən narkotik çıxdı -

04.09.2026 10:04 Hadisə

Xırdalanda restoran yanıb

04.09.2026 09:53 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək