Bakıda yeni geyim mağazası fəaliyyətə başlayıb – “Lavinia Couture” açıldı
Bakıda yeni geyim mağazası fəaliyyətə başlayıb.
“Lavinia Couture” geyim mağazasının açılışı paytaxtın Mirəli Qaşqay küçəsi, 36 ünvanında baş tutub.
Açılış mərasimində mağazanın təqdim etdiyi yeni geyim kolleksiyaları qonaqlara nümayiş etdirilib. Bildirilib ki, “Lavinia Couture”də müasir dəb trendlərinə uyğun qadın geyimləri təqdim olunacaq.
Mağazada gündəlik istifadə üçün nəzərdə tutulan geyimlərlə yanaşı, xüsusi günlər və müxtəlif tədbirlər üçün seçimlərin də müştərilərə təqdim edilməsi planlaşdırılır.
Yeni mağazanın fəaliyyətə başlaması ilə Bakının geyim və moda sektorunda daha bir yeni brend yerini alıb. “Lavinia Couture” müasir üslub və müxtəlif seçimləri bir araya gətirərək qadın geyimləri seqmentində fəaliyyət göstərəcək.


